Icma.az
close
up
RU
Orduda zehni gücün yaradılması

Orduda zehni gücün yaradılması

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vətən müharibəsində Azərbaycan Ordusunun zehni gücü, mənəvi-psixoloji vəziyyəti yüksək olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Ordunun taktiki-texniki qabiliyyəti ilə yanaşı, psixoloji gücü, zehni dözümlülüyü, yəni koqnitiv bacarıqları da vacib amildir. Müxtəlif ölkələrdə hərbi təlimlərə cəlb olunan Ordumuzun mənsubları son 30 ildə 2 müharibə və 6 uğurlu döyüş əməliyyatı həyata keçirib, eləcə də saysız-hesabsız atəşkəs pozulmaları zamanı qarşı tərəfə adekvat cavablar veriblər.

Bunu AZƏRTAC-a açıqlamasında hərbçi, psixoloq Amil Məhərrəmoğlu deyib.

Onun sözlərinə görə, psixoloqlar hərbçilərin əməliyyat performansını və hazırlığını yaxşılaşdırmaq üçün kompleks yanaşma tətbiq edirlər. Danışıq terapiyası vasitəsilə hərbi psixoloqlar fərdlərə travmatik təcrübələri emal etməyə və narahatlığı idarə etməyə kömək göstərirlər. Ümumiyyətlə, hərbi psixologiya hərbçi performansının optimallaşdırılmasında və hərbi kollektiv daxilində mənəvi-psixoloji sağlamlığın təşviqində mühüm rol oynayır.

Azərbaycan Ordusunun mənsublarının bütün ordularda olduğu kimi, yüksək peşə stresinə dözdüklərini bildirən Məhərrəmoğlu deyib: "Bağlaşma yolu ilə hərbi xidmətə qəbul olmaq müxtəlif sınaq və imtahanlardan uğurla keçə bilmək deməkdir. Hərbi xidmətdə sosial həyatın məhdudluğu hərbçilərin kifayət qədər psixoloji dayanıqlığa sahib olmasını tələb edir. Xidmət zamanı onlar tez-tez yüksək riskli və gözlənilməz vəziyyətlərlə üzləşirlər. Hərbçi peşəsinə sahib insanlar əmr və tapşırıqları yerinə yetirərkən operativ və düzgün qərar qəbul etməyi bacarmalıdırlar. Mayami Universitetində nevroloq və psixologiya elmləri üzrə fəlsəfə doktoru olan professor Amişi Jha stres, təhlükə və mənfi əhval-ruhiyyənin diqqəti necə sarsıtdığını öyrənməyə təxminən 20 il sərf edib. O, "Diqqət beynin rəhbəridir. Harada və nəyə diqqət etməyimiz beynimizdə məlumatın işlənilməsinə təsir edir", - deyirdi. 11 sentyabr hadisələrindən qısa müddət sonra Jha zehinlilik təliminin hərbçilər kimi yüksək tələbatlı mütəxəssislərdə diqqəti gücləndirə biləcəyini araşdırmaq üçün tədqiqatlarını genişləndirdi. O, başa düşürdü ki, hərbçilər qarşısında qoyulan tələblərin həcmi diqqətin toplanması ilə mütənasibdir. Tələblərin çoxluğu vacib məqamda diqqəti toplamaq qabiliyyətinə zərər verə bilər. Belə olduqda komandir-rəhbər heyəti şəxsi heyət qarşısında qoyulan tələblərin vaciblik dərəcəsini nəzərə almalıdırlar".

Amil Məhərrəmoğlu qeyd edib ki, hərbi qulluqçularda diqqətliliyi artırmaq, zehni gücü formalaşdırmaq və tapşırıqların aydın qavranılması üçün bir sıra “təlimlərə” əməl etmək lazımdır.”İlk olaraq qeyd edim ki, hərbi xidmətdə fəaliyyət nizamnamə tələbləri əsasında təyin olunur. Lakin hər şey yalnız intizamdan, hərbi fəaliyyətdən, taktikadan, döyüş tapşırıqlarının icrasından ibarət olmamalıdır. İnsan beyninin normal fəaliyyəti, diqqətin optimallaşması yalnız sərt intizam rejimi ilə mümkün deyil. Normal yuxu, (günün nizam qaydaları ilə tənzimlənir), sağlam fiziki həyat tərzi (hərbi xidmətdə bu kifayət qədər yerinə yetirilir), ruhi-mənəvi ehtiyacın qarşılanması (sosial ədalət, vicdanlı davranış, dini dəyərlərə bağlılıq, ibadət və s.), estetik zövqün ödənilməsi (musiqi, ədəbiyyat, incəsənət, kino, teatr və s.), sosial informasiyaya tələbatın ödənilməsi (buraya əyləncə, idman, və iqtisadi-siyasi məlumatlar daxildir) də vaxtında təmin edilməlidir.

Psixoloq diqqətə çatdırılıb ki, hər bir hərbi qulluqçu andına sadiq olmalı və öz vəzifə borcunu şüurlu surətdə layiqincə yerinə yetirməlidir. Bunun üçün də hərbi kollektivlərdə kifayət qədər sağlam mühitin yaradılması mühümdür:”Orduda zehni gücün inkişafı tarixi ənənələr, keçmiş döyüş yolu (ordunun müharibə təcrübəsi) və tətbiq olunan təlim-tədris prosesi ilə sıx əlaqəlidir. Peşəkar və kifayət qədər bilikli rəhbər heyəti ilə komplektləşdirilən birliklərdə mənəvi-psixoloji dayanıqlıq daha möhkəm olur. Bu da fərdlərin daha güclü iradə keyfiyyətlərinin formalaşmasına gətirib çıxarır”.

Amil Məhərrəmoğlu, həmçinin vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun zehni gücü, mənəvi-psixoloji vəziyyəti yüksək həddə idi. Tarixi, mənəvi və digər baxımlardan ordu mənsubları tam olaraq nə üçün döyüşdüklərini aydın bilirdilər. “Müşahidələr göstərdi ki, yüksək iradəyə və maksimum zehni gücə sahib orduda döyüş əməliyyatının “Dəmir yumruq” adlandırılması mühüm informasiya silahına çevrilmişdi. Tarixi təcrübəyə 5 il sonra baxdıqda bunun hərbçilər arasında xüsusi informativ yer tutduğunu, Vətən müharibəsində görülən kompleks tədbirlərin bir ad altında birləşdiyini görürük. Müasir orduda hərbi qulluqçuların dünyagörüşü xarici ölkələrin ən güclü ordularının real vəziyyəti və inkişaf perspektivləri öyrənilməklə inkişaf etdirilməlidir. Mövcud qlobal geosiyasi vəziyyət, regional təhlükəsizlik, dayanıqlı sülhün təmin olunması məsələləri, qonşu dövlətlərlə münasibətdə sərgilənən qarşılıqlı sülh siyasəti ordu üçün də hədəf istiqaməti bəlli edir. Belə olduqda zehni gücün möhkəmləndirilməsi əsasən ehtimal edilə biləcək hərbi təhdidləri də nəzərə almaqla sülh istiqamətinə yönəldilir", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri