Icma.az
close
up
RU
Orfoqrafiya vacibdir, çünki savad məsələsidir Ekspert

Orfoqrafiya vacibdir, çünki savad məsələsidir Ekspert

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Yaxşı olar ki, test yazanlar bunu nəzərə alsınlar


Rafiq İsmayılov: “Şifahi nitqdə fərqli tələffüz təbiidir, ancaq yazıda səhv olmamalıdır”


“Yazıda tez-tez rast gəlinən bir çox orfoqrafik səhvlər heç bir qayda ilə tənzimlənmir. Bu orfoqrafik normaları, sadəcə, əzbərləmək lazımdır”. Bu sözləri “Şərq"ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, naşir Rafiq İsmayılov bildirdi. Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığı vaxtda orta ümumtəhsil məktəblərinin VI sinif  “Azərbaycan dili” dərsliyində orfoepiya qaydaları ilə bağlı gözəçarpan dəyişikliklər suallar yaradıb. Son illərdə dilimizdəki bir çox sözlərin deyiliş tərzi dəyişdirildiyindən doğru  tələffüzlə bağlı da mübahisələr meydana çıxır. R.İsmayılov bildirdi ki, müəllimlər artıq yeni 6-cı sinif Azərbaycan dili dərsliyini əldə edib, tanış olmağa başlayıblar. İlk müraciətlər də orfoepiya qaydaları ilə bağlıdır. Məsələn, “ehtiyat”, “ehtiyac” sözləri necə tələffüz olunmalıdır? Əvvəla onu deyim ki, Azərbaycan dilinin tədrisində mənim üçün ən maraqsız və cansıxıcı mövzular bəzi orfoepiya qaydaları ilə bağlıdır. Yəqin, bir çox kolleqalarım üçün də belədir. Qrammatikadan fərqli olaraq, burada qaydalar məntiqə deyil, subyektivliyə söykənir. Əvvəllər [mə:llim] deməliydik, indi [müəllim] deməliyik. Əvvəllər [do:şan] deməliydik, indi [dovşan] deməliyik. Əvvəllər [ehtiyat] deməliydik, indi [ehdiyat] deməliyik. Niyə? Bir neçə ildə nitqimiz dəyişdi? Müəllimlər nitq bacarıqları üçün əhəmiyyəti olmayan qaydaları, dəyişiklikləri izləməli, yadda saxlamalı, onları şagirdlərə əzbərlətməli olurlar. Test yazanlar da bütün bunlardan bəhrələnib əndrəbadi testlər quraşdırırlar. Bəlkə, dərsliklərdə lazımsız orfoepiya qaydalarından imtina edək? Onda da bir çoxları sosial şəbəkələrdə od püskürərlər: “Dilimizi məhv etdilər”, “Uşaqlarımız savadsız qaldılar”, “Bu savadsız dərslik müəllifcikləri...”. Bundan başqa, unutmaq olmaz ki, orfoqrafiyaya aparan yol çox zaman orfoepiyadan keçir. Bəzi orfoqrafik normalar o zaman aktuallaşır ki, sözlərin deyilişi ilə yazılışı arasında fərq olur. Bir sözlə, orfoepiya qəliz məsələdir. Amma bu qədər vacib deyil. 


R.İsmayılov hesab edir ki, hansı sözün necə tələffüz edilməsi üzərində “baş sındırmaq”, hər dəfə yeni bir qayda tətbiq etməkdənsə, orfoqrafiya qaydalarını bilmək daha vacibdir:  

- Orfoqrafiya vacibdir, çünki savad məsələsidir. Kimsə ehdiyat yox, ehtiyat desə, bu mənim qulağımı cırmaqlamaz, amma “ehtiyyat” yazsa, həmin adamı ciddiyə almaram. Ona görə də orfoqrafiya və orfoepiyanın tədrisində ən yaxşı yanaşma belədir: hər hansı bir sözü bəzən belə deyirik, amma belə yazmalıyıq. Bu yanaşma diqqətimizi orfoqrafiya üzərində kökləməyə, orfoepiya üzrə lazımsız test suallarından xilas olmağa gətirib çıxarar. Yaxşı olar ki, test yazanlar bunu nəzərə alsınlar və diqqəti daha çox sözlərin düzgün yazılışına yönəltsinlər. Deyilənlərdən belə çıxmasın ki, orta təhsildə orfoepiyadan imtina etmək lazımdır. Yox, orfoepiyanın elə mövzuları var ki, şagirdlərə mütləq öyrədilməlidir. Xüsusilə vurğu və morfologiyanın bəzi məqamları şifahi nitq üçün çox vacibdir. Məsələn, şifahi nitqdə çox adam “səbir” deyir, amma doğru variant “səbr”dir. Yaxud, əksəriyyət “sosiska” deyir, əslindəsə “sosis” dir. Batareyaya çox adam “batereya” deyir, “nağd”ı “nəğd” edirlər və sair. Siyahı uzundur. Bunlara diqqət edilməlidir. Əsas orfoqrafiyada səhvlərə yol verməməkdir. Şifahi nitqdə isə fərqli tələffüzlər olması tamamilə mümkündür və təbiidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:402
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 05:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri