Icma.az
close
up
RU
Orta Dəhlizin bir hissəsinin müasirləşdirilməsi üçün 230 milyon dollardan çox vəsait ayırılır

Orta Dəhlizin bir hissəsinin müasirləşdirilməsi üçün 230 milyon dollardan çox vəsait ayırılır

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Asiya İnkişaf Bankı (ADB) Özbəkistana Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Dəhlizi (CAREC) №2-nin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM və ya Orta Dəhliz) kritik əhəmiyyətli hissəsinin modernləşdirilməsi üçün 233,1 milyon ABŞ dolları məbləğində kreditin ayırılmasını təsdiqləyib.

Avtosfer.az ADB-yə istinadən xəbər verir ki, layihə Özbəkistanın qərb hissəsində regional əlaqələrin yaxşılaşdırılmasına, səyahət vaxtının azaldılmasına, hərəkət təhlükəsizliyinin artırılmasına və iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsinə yönəlib.

"CAREC-2 avtomobil yolunun davamlılığı və müasirləşdirilməsi" layihəsi Qarakalpakstan Respublikasında Quzar-Buxara-Nukus-Beyneu (A380) yolunun təxminən 87 kilometrlik (km) hissəsinin yenidən qurulmasını, o cümlədən yeni 75 kilometrlik yan keçid yolunun (Turtkul-Ellikkala-Beruniy) tikintisini və mövcud A380 yolunun 12 km-lik hissəsinin yenidən qurulmasını nəzərdə tutur.

ADB qeyd edir ki, layihə sement-beton örtük, yüksəldilmiş torpaq tökümü kimi iqlimədavamlı həllərin tətbiqini nəzərdə tutur. Bu isə iqlim təsirlərinə və ekstremal hava şəraitinə qarşı dayanıqlılığı artıracaq.

"Bu investisiyalar Özbəkistanın regional tranzit qovşağı kimi rolunu gücləndirəcək və Qarakalpakstanda inklüziv iqtisadi artıma töhfə verəcək. İqlimə davamlı infrastrukturun və intellektual nəqliyyat sistemlərinin inteqrasiyası uzunmüddətli dayanıqlılığı, həmçinin əhali və biznes üçün daha təhlükəsiz və səmərəli mobilliyi təmin edəcək", - ADB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Araya bildirib.

ADB hərəkətin monitorinqini yaxşılaşdırmaq və bir sıra xərcləri azaltmaq üçün intellektual nəqliyyat sistemlərinin və dinamik çəki texnologiyalarının quraşdırılmasına dəstək verəcək. Yol boyunca beş istirahət və xidmət zonası yaradılacaq. Buraya elektromobillərin enerjidoldurma stansiyaları, gender istiqamətli həllər, o cümlədən qadınlar üçün təhlükəsiz və əlçatan obyektlərin yaradılması daxildir.

Layihənin ümumi dəyəri 293,7 milyon ABŞ dolları təşkil edəcək ki, bunun 60,6 milyon ABŞ dolları Özbəkistanın payına düşür. Layihə Özbəkistanın 2030-cu ilə qədər İnkişaf Strategiyasına və ADB-in 2030 Strategiyasının əməliyyat prioritetlərinə, o cümlədən iqlim dəyişikliyinə davamlılıq və regional inteqrasiya məsələlərinə uyğundur.

Özbəkistanın 1995-ci ildə ADB-yə qoşulduğu vaxtdan bəri bank ölkəyə təxminən 14,3 milyard ABŞ dolları məbləğində dövlət kreditləri, qrantlar və texniki yardım göstərib.

2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək. 2027-ci ilə qədər marşrutun buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Avqust 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri