Orta məktəblərdə keçirilməyən dərslər nə zaman kompensasiya oluna bilər ? TƏHSİL EKSPERTİ
Icma.az, Sia Az saytına istinadən bildirir.
Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri kompensasiya olunması mümkündürmü?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, soyuq hava şəraiti ilə əlaqədar olaraq dərslər tədris olunmadığı hallarda, təbii ki, həmin dərslərin şagirdlərə mütləq şəkildə kompensasiya olunması vacibdir:
“Təhsil prosesində yaranan bu cür fasilələr planlı və məqsədyönlü şəkildə aradan qaldırılmalıdır. Keçirilməyən dərslər üçün uyğun günlər müəyyən edilə və həmin dərslər sonradan tədris oluna bilər. Qarşıdan tətil dövrünün gəlməsi isə bu baxımdan əlverişli imkan yaradır. Məhz tətil müddətində vaxt itkisinə yol vermədən, əvvəl keçirilməmiş dərslərin kompensasiyası həyata keçirilə bilər.
Burada əsas məqsəd şagirdlərin tədris proqramından geri qalmamasını təmin etmək, onların bilik və bacarıqlarının tam şəkildə formalaşmasına şərait yaratmaqdır. Eyni zamanda, təhsildə fasiləsizliyin qorunması, dərs yükünün balanslı şəkildə paylanması və təlim-tədris prosesinin keyfiyyətinin aşağı düşməməsi prioritet məsələ kimi qarşıya qoyulmalıdır. Bu yanaşma həm şagirdlərin akademik nailiyyətlərinə müsbət təsir göstərəcək, həm də ümumi təhsil sistemində nizamlı və davamlı rejimin tətbiqinə xidmət edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















