Icma.az
close
up
RU
Orta Şərqdə yeni dövr: PKK nın aradan qaldırılması mərhələsi çətin və ağrılı keçəcək ANALİZ

Orta Şərqdə yeni dövr: PKK nın aradan qaldırılması mərhələsi çətin və ağrılı keçəcək ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Hasan Oktay: PKK vasitəsilə Türkiyənin yayılma təsirinin qarşısını almaq cəhdləri, qarşıdakı günlərdə bəzi hücumların artmasına səbəb ola bilər


İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha dörd hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçi həyatını itirib. Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.

Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, 1991-ci ilin son ayında Sovet İttifaqı dağıldıqdan sonra ruslar dünya geosiyasətində geri qalmamaq üçün bir çox sahədə ciddi mübarizə apardılar:


"Bu sahələrin başında Cənubi Qafqaz və BƏƏS rejiminin hakim olduğu İraq və Suriya coğrafiyası gəlirdi. Cənubi Qafqazda ruslar hələ də təsirlərini itirməmək üçün dirənişlərini davam etdirirlər. Suriya rejiminin süqutu isə rusları ciddi şəkildə çətin vəziyyətə saldı. Bununla yanaşı Ukrayna böhranı da Rusiya üçün qəbul edilə bilən bir hal deyildi. Sovet sisteminin ən böyük rəqibi NATO konsepti və onun üzvləri ilə mübarizədə olan Rusiya, Türkiyəyə qarşı da ciddi planlar, layihələr və strategiyalar inkişaf etdirmişdi. Bu planlardan biri də PKK terror təşkilatı idi. Bu təşkilatın ruslar tərəfindən qurulduğu, sonradan isə dünya geosiyasətində başqa güc mərkəzləri tərəfindən də Türkiyəyə qarşı istifadə edilə bilən bir vasitəyə çevrildiyi müşahidə olunub. Suriyada BƏƏS rejimi devrildikdən sonra PKK-nın bölgədə möhkəmlənmək şansı real görünmürdü. Hətta İsrailə qarşı vasitə müharibəsi aparan İranın təsirində olan digər təşkilatların da böyük təmizləmə mərhələsindən keçdiyi bir dövrdə, PKK-nın silah qoyma çağırışı prosesi başladıldı. Bu isə PKK daxilində digər təsir gücünə sahib olan qüvvələri hərəkətə keçirdi".


Politoloq əlavə edib ki, PKK-nın dağılma prosesi, təşkilatın tamamilə aradan qaldırılması mərhələsi çətin və ağrılı keçəcək:

"Qarşıdakı günlərdə hər nə qədər silah qoyma mərasimləri keçirilsə də, bu proses davam etdiyi müddətdə PKK adından bəzi hücumların baş verməsi də istisna deyil. Məsələn, 12 əsgərimizin şəhid olduğu hadisə bir toqquşma deyildi. PKK-nın tərk etdiyi və xəstəxana kimi, mağara kimi istifadə edilən bir məkanda Türk əsgərlərinin apardığı axtarış-tarama əməliyyatı zamanı mağarada metan qazının açığa çıxması nəticəsində 12 əsgərimiz şəhid oldu. Bu hadisə ilə bağlı müxtəlif fərziyyələr irəli sürülsə də, Milli Müdafiə Nazirliyinin verdiyi açıqlama bu məsələdəki sualları aradan qaldırılıb".


Hasan Oktayın sözlərinə görə, Orta Şərqdə yeni bir dövr başlayacaq:

"Bu ağrılı keçid dövründə bölgədə təsir sahibi olmaq istəyənlər bəzən PKK vasitəsilə Türkiyənin bölgədəki təsirini azaltmaq məqsədilə müxtəlif hərəkətlər edə bilərlər. Sykes-Picot və Sevr müqavilələrinin ortaya qoyduğu sistem artıq tıxanmış vəziyyətdədir. Orta Şərqdə yeni bir düzənə ehtiyac var. Bu da Mustafa Kamal Atatürk və silahdaşlarının Türkiyədə qurduğu dünyəvi, demokratik, konstitusion və insan haqlarına əsaslanan bir sistemin artıq Orta Şərqdə də hakim olmağa başlamasını gündəmə gətirir. PKK vasitəsilə Türkiyənin yayılma təsirinin qarşısını almaq cəhdləri, qarşıdakı günlərdə bəzi hücumların artmasına səbəb ola bilər. Həm PKK, həm də bu silah qoyma prosesini idarə edən Türkiyənin səlahiyyətli orqanları bu yeni dövrü soyuqqanlılıqla və düzgün şəkildə idarə edərək,  keçid mərhələsini qəzaya uğratmadan məqsədinə çatdıracaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri