Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Ortaq dam ayrı dünyalar... Şahanə Müşfiq yazır

Ortaq dam ayrı dünyalar... Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahanə MÜŞFİQ

Bəzən evin içində elə bir sükut olur ki, onu heç bir səs-küy poza bilmir. Televizor işləyir, telefonların bildiriş səsləri gəlir, mətbəxdə qab-qacaq cingildəyir, uşaq başqa otaqda nəsə danışır, kimsə qapını açıb-bağlayır. Hər şey var. Həyat öz axarında davam edir. Amma bütün bu səslərin ortasında qəribə bir səssizlik hökm sürür. Çünki insanlar bir-biri ilə danışmırlar. Artıq onlar arasındakı ünsiyyət şablon cümlələrə pərçimlənib. Bu cümlələrlə sanki evdə ünsiyyət varmış kimi görünür, amma əslində, insanlar bir-birinə qarşı özləri də bilmədən günlərlə susurlar. Nəticədə zərər görən yenə də münasibətlər olur.

Keçən gün sosial şəbəkədə bir nəfərin etirafını gördüm. İkisi də işləyən ər-arvad günlərlə söhbət etmirlər və bu vəziyyət qadını narahat etməyə başlayır. O, hər gün ərindən "bu gün neçə?" deyə soruşur, amma əri bu sualın mənasını bilmir, cavabı haqda isə heç bir fikri yoxdur. Bir neçə gündən sonra qadın ərinə deyir ki, mən hər gün səndən "bu gün neçə dəqiqə söhbət etdik?" deyə soruşuram, amma əsl söhbət, bütün ətrafdan, telefonlardan uzaq yalnız bir-birimizə ayırdığımız vaxt... Kişi etiraf edir ki, o günə qədər həqiqətən də yoldaşı ilə söhbət etmədiyinin fərqində deyildi...

Beləcə, bir evin içində bir neçə ayrı dünya yaranır. Eyni divarlar arasında yaşayan, eyni süfrədə oturan, eyni yataqda yatan insanlar bir-birindən xəbərsiz yaşamağa başlayırlar. Birinin gün ərzində nə düşündüyünü o biri bilmir. Birinin nəyə sevindiyini o biri görmür. Birinin nədən qorxduğunu o biri eşitmir. Birinin içində hansı cümlənin günlərlə dolaşdığından o birinin xəbəri olmur.

Ən qəribəsi isə budur ki, bütün bunlar bir gündə baş vermir. İnsanlar birdən-birə yadlaşmırlar. Əvvəlcə söhbətlər azalır. Sonra suallar. Daha sonra maraq. Bir vaxtlar "günün necə keçdi?" sualı ilə başlayan axşamlar sonradan yalnız məişət söhbətləri ilə məhdudlaşır. İnsan qarşısındakının üzünə baxmadan cavab verir. Bir müddət sonra isə nə suala ehtiyac qalır, nə də cavaba.

Bəlkə də müasir ailənin ən böyük problemlərindən biri elə budur: bir-birimizin yanında olmaqla bir-birimizin həyatında olmağı qarışdırırıq. Bir evdə yaşamaq hələ bir-birinin həyatını yaşamaq demək deyil.

Səhər hamı tələsir. Biri işə gedir, biri uşağı məktəbə aparır, biri universitetə hazırlaşır, biri gecə növbəsindən qayıdıb yatır. Gün başlayır və hər kəs öz istiqamətinə üz tutur. Axşam isə hamı yorğun qayıdır və bu, hamıya evə girən kimi öz dünyasına çəkilməyə haqq verirmiş kimi davranılır.

Telefonlar açılır. Televizor qoşulur. Sosial şəbəkələrdə başqalarının həyatına baxılır. İnsanlar tanımadıqları insanların nə yediyini, hara getdiyini, kimlə evləndiyini, nə geyindiyini, harada istirahət etdiyini, hansı fikri yazdığını, nə hiss etdiyini öyrənirlər. Amma yanındakı insanın bu gün niyə susduğunu bilmirlər. Bu, müasir həyatın ən qəribə paradokslarından biridir. Dünyanın o biri başındakı insanın həyatından xəbərdarıq, amma qonşu otaqdakı adamın ürəyindən xəbərsizik.

Bir vaxtlar ailələrdə "günün söhbəti" deyilən bir şey vardı. Axşam hamı bir süfrənin ətrafına yığışardı. Kimin haraya getdiyi, nə gördüyü, kiminlə rastlaşdığı danışılardı. Uşağın məktəbdə başına gələn xırda hadisə belə böyüklər üçün maraqlı söhbət mövzusu idi.

İndi isə eyni ailənin üzvləri bəzən gün ərzində bir-birinə göndərdikləri mesajlarla daha çox ünsiyyət qururlar. Eyni evdə olub "Nə edirsən?" yazırlar. Eyni otaqda oturub bir-birlərinə videolar göstərirlər. Yan-yana oturub ayrı ekranlara baxırlar.

Bunun özü pis deyil. Texnologiya həyatımızın bir hissəsidir. Problem texnologiyanın mövcudluğu deyil. Problem onun bəzən insanın qarşısındakı canlı adamdan daha maraqlı görünməsidir. Çünki telefon bizdən səbir istəmir. Telefon bizi mühakimə etmir. Telefon bizə etiraz etmir. Telefonun qarşısında istədiyimiz vaxt söhbəti yarımçıq qoyub başqa videoya keçə bilərik.

İnsanla münasibətdə isə belə deyil. İnsan dinlənilmək, anlaşılmaq, hiss edilmək, bəzən sadəcə danışmaq istəyir. Ən əsası, qarşısındakı adamın telefondan başını qaldırıb onun gözlərinin içinə baxmasını istəyir.

Bəzən valideynlə övlad arasında da iki ayrı dünya yaranır. Ana düşünür ki, qızını tanıyır. Ata düşünür ki, oğlunun xasiyyətini hamıdan yaxşı bilir. Amma uşaqlar böyüyür. Onların dünyası dəyişir. Dostları dəyişir. Qorxuları dəyişir. Sualları artır. Bəzi məsələlər haqqında valideynlərinə danışmağa utanırlar. Bəzilərini danışsalar, başa düşülməyəcəklərini düşünürlər. Beləcə, uşaq da bir müddət sonra öyrənir ki, evdə hər şey haqqında danışmaq mümkün deyil. Beləliklə, özünün başqa bir dünyasını qurur. Valideynin tanıdığı övladı ilə uşağın içində yaşatdığı "mən" arasında məsafə yaranır. Bu məsafə böyüdükcə valideyn "Mənim uşağım dəyişib" deyir. Əslində isə uşaq bəlkə də çoxdan belə imiş. Sadəcə biz onu vaxtında dinləməmişik.

Ər-arvad arasında səssizlik isə daha sərtdir. Çünki onlar əvvəlcə bir-birinə çox yaxın olublar. Sonra isə məişət qayğıları, iş, uşaqlar, xəstəliklər, yorğunluqlar gəlib. Sevgi yoxa çıxmayıb bəlkə də. Sadəcə onun üstünü gündəlik həyatın tozu basıb.

İnsanlar bir-birinə olan sevgilərini itirmədən də uzaqlaşa bilərlər. Bu, münasibətlərin ən ağrılı tərəflərindən biridir. Çünki burada mütləq böyük bir dava, xəyanət və ya ayrılıq olmur. Bəzən sadəcə iki insanın arasında danışılmamış minlərlə cümlə yığılır. Amma özləri uzun müddət bunun fərqində olmurlar.

Bəs niyə belə oldu?

Çünki hamımız çox yorğunuq. Bəlkə də məsələ yalnız texnologiyada deyil. Kapitalizm dünyasında insan əvvəlkindən daha çox işləyir. Daha çox informasiya qəbul edir. Daha çox qərar verir. Daha çox narahat olur. Daha çox müqayisə edir.

Səhərdən axşama qədər beynimizə o qədər səs dolur ki, evə çatanda ən yaxın adamımızın səsinə qulaq asmağa belə enerjimiz qalmır. Ona görə də bəzən "Məni rahat burax" deyirik. Halbuki qarşımızdakı insan bizdən heç nə istəmir. Sadəcə bir az söhbət...

Əslində çox zaman söhbət istəyi məsləhət gözləntisindən olmur. Yəni insan qarşısındakından onu dinləyib məsləhət verməyini, ya da problemini həll etməyini istəmir. Sadəcə eşidilmək istəyir.

Ən təhlükəlisi isə ailədə səssizliyin normallaşmasıdır. İnsan əvvəlcə bundan narahat olur. Sonra alışır. Sonra artıq bunun normal olduğunu düşünür, başqa cürəsi ağlına da gəlmir.

Beləcə, insan danışmamağa səbəb tapır. Danışmadıqca qarşı tərəfi daha az tanıyır. Daha az tanıdıqca daha çox fərziyyə irəli sürür. Fərziyyələr artdıqca incikliklər çoxalır. İncikliklər çoxaldıqca danışmaq daha da çətinləşir. Və bir gün insanlar eyni evdə yaşayan iki yad adama çevrilirlər.

Qəribədir ki, bəzən bunu heç kim hiss etmir. Çünki evdə hər şey qaydasındadır. Yemək bişir. Paltar yuyulur. Uşaq məktəbə gedir. Maaş alınır. İşıq yanır. Televizor işləyir. Qapı açılıb-bağlanır. Həyat davam edir. Sadəcə insanlar bir-birinin həyatından çıxırlar.

Bəlkə də ailəni qorumağın ən böyük yolu böyük jestlər deyil. Bəzən çox sadə şeylərdir; Telefonu bir kənara qoyub "Bu günün necə keçdi?" soruşmaq. Cavabı həqiqətən dinləmək. Uşağın danışdığı kiçik hadisəni "boş şeydir" deyib keçməmək. Həyat yoldaşının gün ərzində çəkdiyi yorğunluğu görmək. Yaşlı adamın eyni xatirəni beşinci dəfə danışmasını yenə də eyni səbrlə dinləmək. Bir süfrəni yalnız yemək üçün yox, söhbət üçün də istifadə etmək.

Çünki insan heç vaxt tamamilə bitmiş bir hekayə deyil. Dünən tanıdığımız adam bu gün başqa bir şey düşünə bilər. Onun yeni bir qorxusu, yeni bir arzusu, yeni bir sualı ola bilər. Bəlkə dünən bizə danışmadığı bir dərdi bu gün danışmaq istəyir. Bunun üçün isə ona imkan vermək lazımdır.

Bəzən bir evin içində o evdəki fərdlər qədər dünyalar olur. Hamı bir-birinə çox yaxındır. Amma aralarında görünməyən divarlar var. Bu divarları dağıtmaq üçün nə böyük sözlər, nə bahalı hədiyyələr, nə də möhtəşəm planlar lazımdır. Bəzən bir stəkan çay və bir neçə dəqiqəlik göz-gözə söhbət kifayətdir.

Çünki ev insanın yalnız yatdığı, yemək yediyi, paltar dəyişdirdiyi yer deyil. Ev insanın özünü ən təhlükəsiz və ən rahat hiss etməli olduğu yerdir. Əgər insan öz evində belə içindəkiləri deyə bilmirsə, o zaman bir dünyalıq insan içində də özünü tənha hiss edəcəkdir.

Ona görə də öncə evimizdəki, həyatımızdakı insanlara yaxınlaşmalı, onlarla təkcə evimizi, həyatımızı yox, düşüncələrimizi, hisslərimizi, ən əsası isə vaxtımızı paylaşmalıyıq. Eyni damın altında olmaq üçün yox, eyni dünyada qalmaq üçün!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri