Türkiyə Prezidenti G20 ni qlobal iqtisadiyyatın gələcəyinə daha məsuliyyətli yanaşmağa çağırıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 22 noyabr, AZƏRTAC
Mən “Böyük Səkkizlik” (G20) ölkələrini qlobal iqtisadiyyatın qurulmasında daha böyük məsuliyyət daşımağa çağırıram, bu, dünyanın bütün dövlətlərini əhatə etməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikada keçirilən G20 sammitində çıxışı zamanı bildirib. Türkiyə liderinin sözlərinə görə, müasir çağırışlar təkcə zəif inkişaf etmiş iqtisadiyyatlara deyil, həm də dünyanın bütün ölkələrinə təsir göstərir. “Əgər qlobal maliyyə böhranı ərəfəsində qlobal ticarət qlobal inkişafın hərəkətverici qüvvəsi idisə, bugünkü mənzərə fərqlidir”, - deyə Prezident qeyd edib ki, 1987-2007-ci illərdə qlobal ticarətin orta artım tempi ildə 7% təşkil edirdisə, 2008-2024-cü illərdə bu rəqəm 3%-ə düşüb.
“Qlobal ticarətə təkan vermək üçün beynəlxalq əməkdaşlıq, yeni alətlər və davamlı təchizat zəncirlərinin mövcudluğu vacibdir. ÜTT prinsiplərinə riayət etmək vacibdir”, - deyə Ərdoğan bildirib.
Siyasətçi qeyd edib ki, 2030-cu ilə qədər qlobal davamlı inkişaf öhdəliklərinə baxmayaraq, planetdə hər on nəfərdən biri ifrat yoxsulluq həddindən aşağıda yaşayır. “Türkiyənin mədəni prinsipi ondan ibarətdir ki, bir ölkə “qonşuları ac ikən tox ola bilməz. Türkiyə 2023-cü ildə dövlətlərin rəsmi inkişaf yardımı üçün 6,8 milyard dollar ayırmışdısa, bu rəqəm 2024-cü ildə 7,4 milyard dollara çatıb”, - deyə siyasətçi bildirib.
Prezident Ərdoğan qlobal borc probleminə də diqqət çəkərək qeyd edib ki, hazırda dövlətlərin ümumi borcları qlobal ÜDM-in 324%-ni təşkil edir. Bu arada Türkiyənin borcu ÜDM-in 89% səviyyəsindədir.
Türkiyə lideri vurğulayıb ki, Ankara dövlətlərin, xüsusən də aşağı gəlirli ölkələrin borclarının restrukturizasiyası probleminə zərurət olduqda “ədalətli və bərabər yanaşma”sına sadiqdir.
Nümunə olaraq, Prezident Ərdoğan Qana və Efiopiyanın borclarının restrukturizasiyasında əldə edilən irəliləyişi misal gətirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 22 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















