Icma.az
close
up
RU
Eyni tamaşa, iki fərqli OBRAZ Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə ÇEVİRDİ?

Eyni tamaşa, iki fərqli OBRAZ Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə ÇEVİRDİ?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Son günlərdə Gültəkin Hacıbəylinin illər əvvəl Ramiz Mehdiyevlə bağlı böyük məhəbbətlə, tərifdolu fikirlər səsləndirdiyi videosu geniş müzakirələrə səbəb olub. Ramiz Mehdiyevin 70 illik yubileyi münasibəti ilə yerli televiziyalardan birinə verdiyi müsahibəsində Gültəkin Hacıbəyli deyir ki, Ramiz Mehdiyev çox sərraf adamdır:
“İnsan seçməyi, insanları qiymətləndirməyi sərraf dəqiqliyi ilə bacarır. Ramiz müəllimlə yol getməyən insanların bir qalereyasını yaradaq, onlara baxaq, bu insanları təhlil edək, sonda görərik ki, onların əksəriyyəti Azərbaycan dövlətinə xəyanət ediblər”.
Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevi bu qədər ilahiləşdirilməsinin səbəbləri çoxdur. Onun parlamentdə mandat qazanmasında, Bakıda bahalı mənzillər və Goranboyda böyük torpaq sahələri əldə etməsində Ramiz Mehdiyevin bilavasitə rolu var. Ona görə də Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə bağlı ağız dolusu danışırdı.
Gültəkin Hacıbəyli necə müxalifətçi oldu?
Ancaq 10 illik deputatlıq fəaliyyətindən sonra, birdən-birə Gültəkin Hacıbəyli müxalifətçi obrazına bürünərək cəmiyyətin qarşısına çıxdı. Özü də Milli Şuranın tərkibində, Əli Kərimlinin yanında...
Bu təsadüf deyildi, məkrli planın bir parçası idi. Plan isə Gültəkin Hacıbəylinin “sərraf insan” adlandırdığı Ramiz Mehdiyev tərəfindən hazırlanmışdı.
Mitinq oyununun başlaması
Yada salaq ki, ötən onillikdə ölkəmizdə radikal qüvvələr xeyli fəallaşmışdı. 2011-ci ildə Ziyalılar Forumunun yaranması, sonrada Milli Şuranın peyda olması ilə sanki onlar birdən-birə yenidən oyanmağa başladılar. Maraqlıdır ki, keçmiş deputat, yeni radikal müxalifətçi Gültəkin Hacıbəyli bu oyunun baş obrazlarından biri idi.
Həmin dövrdə Milli Şura və digər adlarla bir araya gələn pozucu qüvvələr davamlı olaraq ölkə daxilində təxribatlara əl atırdı. Həmin qüvvələr paytaxtda davamlı olaraq icazəsiz mitinqlər keçirməyə çalışırdılar. Bunun üçün hətta feminsistlərin və LGBT nümayəndələrinin imkanlarından da istifadə edilirdi.
Əslində bu qüvvələrin əsas hədəfi Azərbaycanın imicinə zərbə vurmaq və ölkə daxilində gərginlik yaratmaq idi.
Planın müəllifi – Ramiz Mehdiyev
Təbii ki, bu proseslərin başında Ramiz Mehdiyev dayanırdı. O başda Gültəkin Hacıbəyli olmaqla öz adamları ilə pozucu qüvvələri idarə edir, maliyyələşdirirdi. Yəni, Gültəkin Hacıbəylinin birdən-birə radikal müxalifətçiyə çevrilməsi məhz Ramiz Mehdiyevin planı idi.
Verilən tapşırıqları canla-başla yerinə yetirdiyi üçün Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə paytaxtın Dilarə Əliyeva küçəsində inşa edilən çoxmərtəbəli binada 2 böyük mənzil verib, Goranboy rayonunda Hacıyevlərin adına böyük torpaq sahələri rəsmiləşdirilib.
Bu Mehdiyevin müxalifətə təxribatlar törətmək üçün ayırdığı maliyyə yardımının, hədiyyələrin yalnız kiçik bir hissəsidir.
Təxribatlar üçün seçilən xüsusi günlər
Diqqətçəkən məqamlardan biri də odur ki, müxalifətin təxribatları daha çox xüsusi günlərdə baş verirdi. Nə zaman ki, Bakıda nüfuzlu tədbir keçirilir, yaxud Dövlət başçısı mühüm xarici səfərə hazırlaşırdı, o anda radikal müxalifət aksiyalara başlayırdı. İş o həddə çatmışdı ki, artıq aksiyalar təşkil edilərkən xalqın mənəvi dəyərləri də heçə sayılırdı.
Məsələn 2018-ci ilin yanvarında Gültəkin Hacıbəyli Milli Şuradan çağırış eləmişdi ki, yanvarın 20-də “20 Yanvar” ərazisindən Şəhidlər Xiyabanına qədər yürüş keçirilsin. Bu çağırış bir tərəfdən rəsmi dövlət tədbirlərini pozmaq, digər tərəfdən isə insanların heysiyyatı ilə oynamaq məqsədi daşıyırdı. Bəyəm yürüş etmək üçün başqa gün yox idi?!
Ramiz Mehdiyevin son həmləsi
Nəzərə alaq ki, 2018-2019-cu illərdə pozucu qüvvələr xüsusilə fəallaşmışdılar. Hansı ki, həmin dövrdə ölkəmizdə aktiv islahatlar aparılır, cəmi bir il sonra başlayacaq Vətən savaşına son hazırlıqlar görülürdü. Üstəlik, Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən kadrlar bir-bir vəzifələrindən uzaqlaşdırılırdı.
Belə bir məqamda radikal müxalifətin fəallaşmasının səbəbi də aydın görünür. Məhz Ramiz Mehdiyev islahatlara, özünü gözləyən məlum sona mane olmaq üçün mitinq oyununu yenidən aktivləşdirmişdi.
Əsas məqsəd isə hakimiyyətə öz önəmini göstərmək idi. Guya Azərbaycanda real “anti-iqtidar qüvvələr” var və “Mehdiyev olmasa, hakimiyyətə təhlükə yarana bilər”.
Bütün oyun məhz bu ssenari üzərində qurulmuşdu. Yəni, həmin dövrdəki aksiyalar Ramiz Mehdiyevin əmri və Güktəkin Hacıbəylinin vasitəçiliyi ilə reallaşdırılırdı.
Mehdiyevin və aksiyaların məlum sonu
2019-cu il oktyabrın 19-da “Milli Şura” sonuncu aksiya cəhdini, daha doğrusu Mehdiyevdən gələn axırıncı əmri yerinə yetirmək üçün küçələrə axışdı. Heç vaxt olmadığı qədər canfəşanlıq göstərdilər, təxribatlar törətməyə çalışdılar.
Cəmi dörd gün sonra – oktyabrın 23-də Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı. Həmin vaxtdan “Milli Şura”nın da küçələrdən ayağı birdəfəlik kəsildi.
Çünki Mehdiyevin gedişi ilə, onlar lazımi imkanlardan – maliyyə və təxribat planlarından məhrum qaldılar. Beləcə həm müxalifətin mitinqləri, həm də Ramiz Mehdiyevi “sərraf insan”, “həssas qəlb sahibi” adlandıran Gültəkin Hacıbəyliyə verilən missiya başa çatdı...
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri