Icma.az
close
up
RU
Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi Ərizə yazıb hökmün icrasını istəmişik

Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi Ərizə yazıb hökmün icrasını istəmişik

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Oğlum Orxan Əsgərovun qatilinin edam olunması ilə bağlı mövqe və tələbimizdə heç bir dəyişiklik yoxdur. Artıq Azərbaycanın Baş Prokurorluğuna etibarnamə vermişik. Sənəddə qeyd etmişik ki, qatilin edam hökmü qisas qismində icra olunsun".

Bunu Teleqraf.com-un Qərb bürosuna açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

Onun sözlərinə görə, sənədləri ötən ayın sonunda rəsmi qaydada Baş Prokurorluğa göndəriblər:

"Mən, həyat yoldaşım, digər oğlum, Orxanın həyat yoldaşı, qızı ərizə yazmışıq. Orxanın oğlu azyaşlıdır, onun hüquqlarını mən təmsil edirəm və onun da adından ərizə yazmışam. Notariat qaydada təsdiqlətdiyimiz ərizələrdə terrorçunun qisas qismində edam olunmasını tələb etmişik. Həmçinin Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna hər bir ailə üzvümüz ayrı-yrılıqda etibarnamə yazmışıq ki, bütün hüquqi proseslərdə bizi təmsil etsinlər. Ola bilər ki, İran tərəfi hökmün icrası zamanı bizi çağırmasın. Etibarnamə, notariat sənədləri tərcümə olunub İran hökümətinə təqdim olunacaq. Həmçinin etibarnamələrimiz də Baş Konsulluğa çatacaq. Ailə üzvülərimizin yazdığı ərizədə bir daha qeyd olunub ki, hücumu törədən terrorçu qisas qismində edam olunsun".

Xatırladır ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

İranın Ali Məhkəməsi qatil Y.Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Orxan Əsgərovun ailəsi onu əfv etmədiyinə görə hökm icra olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Fevral 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri