Icma.az
close
up
RU
Orxan Məmmədov: Kiçik biznesə edilən kiberhücum domino effekti yaratmaqla kritik infrastruktura keçə və zərər yetirə bilər

Orxan Məmmədov: Kiçik biznesə edilən kiberhücum domino effekti yaratmaqla kritik infrastruktura keçə və zərər yetirə bilər

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kibertəhlükəsizlik məsələsi artıq hər bir ölkənin milli təhlükəsizliyinin mühüm elementini təşkil edir. Müasir texnologiyaların sürətli inkişafı və süni intellektin həyatımızın bütün sahələrinə geniş nüfuz etməsi ilə kiberhücumlardan müdafiə getdikcə daha mürəkkəb və çətin bir çağırışa çevrilmiş olur. Mən mövzuya biznes prizmasından, daha dəqiq desək, kiçik və orta sahibkarlıq subyektləri baxımından yanaşmaq və onların əhəmiyyətini vurğulamaq istərdim".

Oxu.Az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Bakı Konqres Mərkəzində "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalında deyib.

O bildirib ki, ölkəmizdə 400 000-dən artıq mikro, kiçik və orta müəssisə var ki, onlar da fəaliyyətdə olan bizneslərin 99.7%-ni təşkil edir:

"Lakin iri müəssisələrlə müqayisədə məhdud resurslar şəraitində fəaliyyət göstərən KOB subyektləri çox zaman yüksək xərc tutumlu təhlükəsizlik texnologiyalarını almağa və ya işçi heyəti üçün müvafiq sahədə təlimlər təşkil etməyə lazımi zaman və ya büdcə ayıra bilmirlər. Hətta əksər hallarda onlar potensial təhlükənin mövcudluğundan belə xəbərsiz ola bilirlər. Bu isə kənar qeyri-dost qüvvələrin asanlıqla istifadə edə biləcəyi boşluqlara gətirib çıxara bilir. Nəticədə isə KOB subyektlərinin kibertəhlükəsizlik zəifliyi bütövlükdə iqtisadiyyatın həssaslığına səbəb ola bilir. Belə ki, kiçik biznesə edilən kiberhücum domino effekti yaratmaqla digər KOB-lara, onlardan iri müəssisələrə və hətta dövlət qurumlarına və kritik infrastruktura keçə və zərər yetirə bilər".

"Bu baxımdan, KOB-ların effektiv və praktik kibertəhlükəsizlik həlləri ilə təmin edilməsi milli səviyyədə dayanıqlılıq üçün mühüm əhəmiyyət kəsb edir. Bunun üçün kibermüdafiə məsələsinə kollektiv yanaşma tələb olunur. Yəni kiçik bizneslər üçün münasib və onların tətbiq edə biləcəyi həll yollarının işlənib-hazırlanması üçün səylərin birləşdirilməsi vacibdir. Hazırda təşkil edilən və geniş məzmuna malik olan "Kritik infrastrukturun müdafiəsi - CIDC 2025" tədbiri də bunun üçün geniş imkanlar təmin edir. Kibersahə üzrə, demək olar ki, bütün maraqlı tərəflərin bir araya gəlməsi təcrübə mübadiləsinin aparılması, yeni çağırışlarla bağlı məlumatların paylaşılması və risklərə qarşı adekvat hazırlıq səviyyəsinin formalaşdırılması üçün faydalı platforma təmin edir".

"KOBİA olaraq biz də KOB subyektlərinin kibertəhlükəsizlik məsələsi də daxil olmaqla rəqəmsallaşması və rəqəmsal biliklərinin artırılması istiqamətində tədbirlər görürük.

Ölkəmizdə 2020-24-cü illər ərzində bizneslərin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri təqribən 2.4 dəfə artaraq illik əsasda 370 milyon manatdan yuxarı olub. 2023-cü il üzrə mövcud son statistik rəqəmlərə əsasən, KOB subyektlərinin elmi-tədqiqat xərcləri isə 18 milyon manatdan çox olub. Səsləndirilən rəqəm beynəlxalq müqayisədə, bəlkə də, əhəmiyyətli rəqəm olmasa da, bu, KOB sektorunun innovativ və rəqəmsal inkişafa olan marağının bariz nümunəsidir.

Eyni zamanda, KOB-ların rəqəmsal transformasiyasının dəstəklənməsi üçün bir sıra mexanizm və alətlərimiz mövcuddur. Bunların sırasında üç il müddətinə vergi güzəştləri təmin edən "Startap" şəhadətnaməsi, müvafiq sektorda daxili bazarın araşdırılmasına maliyyə dəstəyini və rəqəmsal təşəbbüslərin maliyyələşdirilməsi üçün qrant mexanizmini qeyd etmək olar.

KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən kibertəhlükəsizlik və rəqəmsal inkişaf sahəsində təlimlər və məlumatlandırma sessiyaları keçilir və məsləhət xidmətləri təmin edilir. "Bakı KOB evi"ndə mövcud olan Startap İnkişaf Mərkəzi startapçılar üçün müxtəlif avadanlıqlardan ibarət ortaq iş məkanı, ekspert, mentorluq və dizayn ehtiyacına uyğun dəstək təmin edilir.

Sadaladıqlarım KOBİA-nın dəstək infrastrukturunun bir hissəsini təşkil edir. Ümumilikdə isə kibertəhlükələrə qarşı effektiv mübarizə aparmaq üçün dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və resurslarının səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən, dövlət kibertəhlükəsizlik sahəsində karyera və inkişaf məsələlərini stimullaşdırmaq üçün təşviq tədbirlərini daha da gücləndirə bilər", - deyə agentlik sədri vurğulayıb.

O.Məmmədov əlavə edib ki, iri şirkətlər korporativ sosial məsuliyyət öhdəliyindən çıxış edərək kibertəhlükəsizliyin gücləndirilməsi üçün həll yollarının hazırlanması və bacarıqların artırılması prosesini maliyyələşdirə bilər:

"Ümid edirəm ki, iki gün davam edəcək və zəngin gündəliyə malik "Kritik infrastrukturun müdafiəsi - CIDC 2025" tədbiri çərçivəsində qeyd olunan məqamlar da əhatə olunmaqla bütün maraqlı tərəflər üçün faydalı nəticələr əldə olunacaq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri