Icma.az
close
up
RU
Orxan Nəzərli: Bir sıra güzəştlər real iqtisadiyyata müsbət dinamika verəcək

Orxan Nəzərli: Bir sıra güzəştlər real iqtisadiyyata müsbət dinamika verəcək

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək:
"Daha bir sıra güzəştlər var ki, onlar da real iqtisadiyyata müsbət dinamika verəcək. Bunlar kənd təsərrüfatı üzrə güzəştlərin balıqçılıq məhsullarına şamil olunması, ictimai iaşə sahəsində nağdsız dövriyyəyə görə vergi güzəştlərinin tətbiqi fiziki şəxslərin xaricdən əldə etdiyi dividendlərə vergi endirimi, media və dövlət sektoruna aid digər güzəştlərin müddətinin uzadılmasıdır.
Həmçinin, avtomobil sənayesi üzrə yük və minik avtomobilləri üçün ƏDV güzəştlərinin verilməsini, kənd təsərrüfatı gübrələri və dövlət-özəl tərəfdaşlığı layihələrində ƏDV güzəştlərinin tətbiqini də vurğulamaq istərdim. Nəhayət daha bir istiqamət vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin davam etməsi olacaq.
Bu istiqamətdə nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödəmələrə münasibətdə ƏDV qeydiyyat limitinin 2 dəfə artırılması, "ƏDV geri al" mexanizminin tətbiqinin genişləndirilməsi, fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcələrinin endirilməsi, "üfüqi monitorinq" nəzarət sisteminin tətbiqi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi və vergi uçotunun şəffaflığının artırılması kimi tədbirləri əhatə edir".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri