Icma.az
close
up
RU
Osimhen Qalatasaray a həm xallar qazandırır, həm də pullar

Osimhen Qalatasaray a həm xallar qazandırır, həm də pullar

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Qalatasaray''da Viktor Osimhen fırtınası həm meydanda, həm də ondan kənarda çox sərt şəkildə əsməkdə davam edir.
''Sarı-qırmızılar''ın heyətində 38 rəsmi oyuna 33 qol vuraraq şəxsi rekordunu yeniləyən və əcnəbilər arasında klub rekorduna da çox yaxınlaşan nigeriyalı qoleador digər tərəfdən İstanbul nəhənginə ciddi gəlir qazandırır. Klubun mağazaçılıq və pərakəndəçilik şöbəsi tərəfindən verilən məlumata əsasən fanatların Osimhenə aid atributlara böyük maraq göstərdiyi məlum olub.
Belə ki, indiyə qədər onun adına hazırlanan 230 min atribut (maska, köynək, forma və s.) satılıb. Rəhbərlik çempionluğun rəsmiləşməsinin ardından mövsümün sonuna qədər bu rəqəmin 400 minə çatacağını gözləyir! Sosial şəbəkələrdə isə ''Qalatasaray'' fanatları arasında əsil Osimhen çılğınlığı yaşanır. Belə ki, fanatlar bu futbolçunun komandada qalması üçün kampaniyaya başlayıblar. Son 24 saat ərzində #staywithusOsimhen (bizimlə qal Osimhen) heşteqi ilə 1 milyondan çox paylaşım edilib! Fanatların bu kampaniyası hətta Avropa mətbuatında da gündəm olub. Müqavilə ilə ''Napoli''yə məxsus olan və təzminatı 75 milyon avro olan nigeriyalının gələcək taleyi indi hər kəsə maraqlıdı.
''Qalatasaray'' hələ də onu daimi əsasda transfer edə biləcəyinə ümidini itirmir. Ən son xəbərlərdə istanbulluların neapollulara 66 milyon avro təklif etdiyi bildirilir. 9 milyon avro artıq ödənilib. ''Aslan'' Osimhenin özünə isə illik 13 milyon avro təklif edib. Yeni mövsümün planlaşdırılması məhz Osimhenin qalıb-qalmayacağından asılı olacaq.
Nigeriyalı karyerasını Türkiyədə davam etdirmək istəməsə, ''Qalatasaray'' İkardidən başqa daha iki tanınmış forvard transfer etmək niyyətindədi. Çünki komanda Çempionlar Liqasında da uğurlu çıxış etmək arzusundadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 May 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri