Icma.az
close
up
RU
Osimhenin qorxulu röyası: köhnə “düşmənlər” yenidən üz üzə

Osimhenin qorxulu röyası: köhnə “düşmənlər” yenidən üz üzə

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.

İstanbul nəhəngi Milan Şkrinyarı rənglərinə bağlamağa yaxındır. Klub yaxın günlərdə onun transferini rəsmən açıqlayacaq.

Bununla da, Türkiyə çempionatında yeni intriqa yaranacaq: Milan Şkrinyar – Viktor Osimhen.

Çünki Osimhenin maska taxmasının səbəbkarı məhz Şkrinyardır. Hadisə slovakiyalının “İnter”, nigeriyalının isə “Napoli” forması geydiyi İtaliya A Seriyasında baş verib. Komandaların 21 noyabr 2021-ci ildə keçirilən görüşü hücumçu üçün xoş bitməyib. 

XIII turun matçında Osimhen üzünə, daha dəqiq desək, başının sağ nahiyəsinə ciddi zərbə alıb. Şkrinyarla hava mübarizəsində forvardın üz sümüyü qırılıb, yanaq və orbital (göz boşluğu) sümüklərində xəsarətlər yaranıb.

Zədənin ardından Osimhen cərrahiyyə əməliyyatı keçirib. Onun üz sümüyünə 6 titanyum lövhə və 18 vint yerləşdirilib. Bu tip əməliyyatların ardından zədədən sağalma müddətində üzün qorunması çox vacibdir. Həmin səbəbdən Viktor xüsusi olaraq hazırlanan karbon lifli qoruyucu maskadan istifadə etməyə başlayıb.

Hadisədən sonra həm Şkrinyar, həm də “İnter” futbolçuları təəssüf hissi bildirərək, qarşı tərəfdən üzr istəyiblər. Osimhen özü də peşəkar münasibət sərgiləyərək hadisəni böyütməyib. 

Qısa zaman sonra nigeriyalı yenidən futbola qayıdıb. Taxdığı maska isə onun simvoluna çevrilib. Bu səbəbdən azarkeşlər və futbol dünyasının diqqətini öz üzərinə çəkməyi bacarıb. Hazırda zədəsi olmasa belə, həmin maskadan istifadə etməyə davam edir.

Əslində Osimhenlə Şkrinyar arasındakı mübarizə 5 il öncəyə dayanır. İlk dəfə 2021-ci ilin 18 aprelində üz-üzə gələn rəqiblər ümumilikdə 4 dəfə qarşılaşıblar. Bütün matçlar İtaliya A Seriyası çərçivəsində baş tutub.

Həmin görüşlərin 2-də “İnter” qələbə qazanıb, ikisində isə qalib müəyyənləşməyib. Bu baxımdan Şkrinyarın daha üstün tərəf olduğunu söyləmək mümkündür. Lakin önəmli bir detalı da xatırlatmaq lazımdır. Osimhen üz-üzə gəldikləri son mövsümü çempion kimi başa vurub. Həmin sezonda komanda Milan təmsilçisini məğlub etməyi bacarsa da, Viktor bu qarşılaşmanın heyətində yer almayıb. 

Osimhen – Şkrinyar görüşləri:
18.04.2021. “Napoli” – “İnter” 1:1
Osimhen – 74 dəqiqə, Şkrinyar – 90.
21.11.2021. “İnter” – “Napoli” 3:2
Osimhen – 55 dəqiqə, Şkrinyar – 90.
12.02.2022. “Napoli” – “İnter” 1:1
Osimhen – 84 dəqiqə, Şkrinyar – 90.
04.01.2023. “İnter” – “Napoli” 1:0
Osimhen – 90 dəqiqə, Şkrinyar – 90.

Qarnaço üçün yarış: "Çelsi" və "Napoli" oyunçudan əl çəkmir "Lion" matçı öncəsi "Fənər"də ciddi itkilər "Borussiya"da Nuri Şahin dönəmi rəsmən başa çatdı Juninyo: "Burda olmağım təsadüfi deyil” "Fənərbaxça" Dieqo Karlosu rəsmən açıqladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri