Icma.az
close
up
RU
Atəşlər açıldı, iki ölkə müharibəyə başladı Əsrlik düşmənlər üz üzə

Atəşlər açıldı, iki ölkə müharibəyə başladı Əsrlik düşmənlər üz üzə

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Tailand Kambocaya qarşı “Quru müharibəsi” əməliyyatına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Khaosod” məlumat yayıb.

Bundan əvvəl tərəflər bir-birlərini sərhədlərində atəş açmaqda ittiham ediblər.

Məlumata görə, döyüşlər iyulun 24-də səhər tezdən iki ölkə sərhədində mübahisəli Ta Moan Thom məbədi yaxınlığında başlayıb.

Tailandın Surin əyalətinin səlahiyyətliləri Kambocanın bir kəndi artilleriya atəşinə tutması nəticəsində iki yerli sakinin həlak olduğunu bildirib. Ordu Kamboca əsgərlərinin atəş açdığını, iki Tailand əsgərini yaraladığını qeyd edib.

Kamboca Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, Tailand qoşunları səbəbsiz bir hücum həyata keçirib və onlar özünümüdafiə üçün cavab verib.

Hər iki tərəfin xəbərinə əsasən, toqquşmalar başlayandan sonra Tailand ordusuna məxsus F-16 qırıcısı Kambocadakı hədəflərə hücum edib.

Qeyd edək ki, iki ölkə arasında gərginlik may ayında qısamüddətli atışmada Kamboca əsgərinin öldürülməsindən sonra alovlanıb. Bu həftə Tailand Kambocanı mübahisəli əraziyə mina yerləşdirməkdə və üç əsgəri yaralamaqda ittiham edib. Onlar  iddiaları rədd edərək, əsgərlərin razılaşdırılmış marşrutlardan azdığını bildirib.

Sərhəddəki qarşıdurmalar Taylandın iyulun 23-də Kambocadakı səfirini geri çağırdığını və Kamboca səfirinin Banqkokdakı səfirini ölkədən çıxarmaq qərarına gəldiyini elan etdikdən sonra başlayıb. Tailand da Kamboca ilə sərhədini bağlayıb.

Xatırladaq ki, Tailand və Kamboca bir əsrdən artıqdır, 800-dən çox kilometrlik quru sərhədi boyunca bir neçə demarkasiya edilməmiş ərazilər üzərində suverenliklə bağlı mübahisə edir. Bu, bir neçə toqquşmaya səbəb olub.

Tərəflər “Zümrüd Üçbucağı” kimi tanınan bir bölgə (Tailand, Kamboca və Laos sərhədlərinin kəsişdiyi yer) üzərində mübahisə edir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri