Ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
“Report” xəbər verir ki, insanlar qəzada həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.
Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət başçısının müvafiq Sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















