Ötən il Abşeron dairəvi marşrutu üzrə NFC ödənişlərinin sayı 90 % artıb ADY
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi marşrutu üzrə vağzal və stansiyalarda NFC sistemini dəstəkləyən bank kartları ilə ödənişlərin aylıq orta istifadə sayı 210 060 dəfə olub.
Redaktor.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yayıb.
Məlumata görə, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 89,8 % çoxdur.
Xatırladaq ki, NFC ödənişləri üzrə 2021-ci il üzrə aylıq orta istifadə sayı 6 000, 2022-ci il üzrə 49 726, 2023-cü il üzrə 110 670 dəfə olub. Təmassız ödənişlər "ADY Mobile" tətbiqi, ADY kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.
Həmçinin bildirilir ki, “ADY 2024-cü ildə bu marşrut xətti üzrə loyallıq proqramını tətbiq edərək sərnişinlərə yeni imkanlar yaradıb. Artıq “ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 mini ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Yanvar 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















