Icma.az
close
up
RU
Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub

Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi ginekoloji xəstəliklər qadın sağlamlığını ciddi şəkildə pozur və bu hallarda cərrahi əməliyyatların icrası zəruri olur. İri kistalar, şişlər, yumurtalığın burulması, uşaqlıq borularının (fallop borularının) irinli-iltihabi prosesləri, endometrioz və ya boru hamiləliyi kimi vəziyyətlərdə yumurtalıq və ya uşaqlıq borularının çıxarılmasına ehtiyac yarana bilər. Yumurtalıq və boruların çıxarılması üçün aparılan cərrahi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir. Əməliyyatın məqsədi pasiyentin ümumi sağlamlığını qorumaq, yumurtalıq xərçənginin yayılmasının və digər ciddi ağırlaşmaların qarşısını almaqdır.

Bu barədə Doğru.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub.

Yumurtalıq və boruların çıxarılması üçün müxtəlif cərrahi üsullar mövcuddur. Laparoskopik üsul daha az invaziv metod hesab edilir və ön qarın divarında kiçik kəsiklər açılaraq kamera nəzarətində həyata keçirilir. Bu metod minimal ağrı və daha sürətli sağalma müddəti ilə seçilir. Daha mürəkkəb hallarda isə açıq cərrahi üsul (laparotomiya) tətbiq olunur. Bu zaman qarın divarında daha böyük kəsik açılaraq əməliyyat icra edilir. Əgər yumurtalıqlar uşaqlıqla birlikdə çıxarılırsa, bəzi hallarda vaginal yolla əməliyyat da tətbiq edilə bilər.

Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibb sığorta tərəfindən qarşılanır.

Laparoskopik əməliyyatdan sonra pasiyent bir neçə gün ərzində normal həyat fəaliyyətinə qayıda bilər. Açıq əməliyyatdan sonra isə sağalma müddəti bir qədər uzun çəkir.

Əməliyyat qadının hormonal balansına təsir edə bilər, lakin bu dəyişikliklər həkim nəzarətində izlənilir və müvafiq müalicə tədbirləri ilə idarə olunur. Nəticədə pasiyentin sağlamlığı və həyat keyfiyyəti qorunur.

İcbari tibbi sığorta çərçivəsində bu cərrahi müdaxilələr ixtisaslı həkim təyinatı və tibbi göstəriş əsasında qarşılanır. Vətəndaşlar ilkin olaraq ginekoloqa müraciət etməli, müvafiq müayinələrdən keçməli və əməliyyata ehtiyac olduğu halda həkimin göndərişi ilə cərrahi müdaxiləyə cəlb olunmalıdır.

Sözügedən əməliyyat icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://dogru.az
archiveBu xəbər 17 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri