Icma.az
close
up
RU
Ötən il icbari tibbi sığorta hesabına 98 mindən çox minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub

Ötən il icbari tibbi sığorta hesabına 98 mindən çox minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Minimal invaziv cərrahiyyə adlanan, kiçik kəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyata keçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatına daxildir. Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi, qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətən bu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti və travmatizasiya əhəmiyyətli dərəcədə azalır. Ötən il 98 min 365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığorta hesabına həyata keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, icbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahi xidmətlər bir sıra əsas sahələri əhatə edir. Ürək-damar sisteminə aid əməliyyatlar - müxtəlif lokalizasiyalı arteriyalara stent qoyulması, qapaqların endovaskulyar yolla dəyişdirilməsi, torakal və abdominal aortaya endovaskulyar yolla qreft implantasiyası, damarların balonla genişləndirilməsi (balon valvuloplastika), aritmiyalara səbəb olan sahələrin ablasiyası kimi müdaxilələr həyati əhəmiyyət daşıyır.

Sinir sistemi və onurğa ilə bağlı icra olunan prosedurlar arasında serebrospinal (likvor) maye dövranının çətinləşdiyi və ya tamamilə mümkün olmadığı hallarda likvorun dövr etməsi üçün şunt yerləşdirilməsi, onurğa ağrılarından qurtarmaq üçün faset denervasiyası, kompession fəqərə sınıqlarında və sınıq riski olan fəqərə cisimlərinə sümük sementinin yeridilməsi (vertebroplastika) və bir çox digər müdaxilələr minimal travma ilə həyata keçirilir.

Həzm sistemi üzvlərinin xəstəliklərində qida borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, nazik və yoğun bağırsaqlar üzərində icra edilən bir çox əməliyyatların endoskopik və laparoskopik üsullarla icrası pasiyentlər üçün daha təhlükəsiz, az ağrılı və bərpa müddətinin qısa olması ilə fərqlənir.

Urologiya istiqamətində də bir sıra minimal invaziv müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Bunlara misal olaraq böyrəkdə yığılan sidiyin ifrazına maneə yarandığı hallarda sidiyin xaric olunması üçün böyrək ləyəninə boru yerləşdirilməsi (nefrostomiya), böyrək, sidik axarları, sidik kisəsi daşlarının və zədələnməsinin endoskopik yolla çıxarılması və destruksiyası, prostat vəzi üzərində sidik kanalından keçməklə icra edilən əməliyyatları göstərmək olar.

Ginekoloji sahədə isə uşaqlıq, yumurtalıqlar və fallop boruları, uşaqlıq yolu üzərində aparılan əməliyyatlar da (məsələn, miomanın çıxarılması (laparoskopik miomektomiya), uşaqlığın çıxarılması (histerektomiya), endometrioz ocaqlarının yandırılması (koaqulyasiya), eləcə də uşaqlıq sallanmasının aradan qaldırılması və bir çox digər müdaxilələr) minimal invaziv üsulla icra oluna bilər.

Bunlardan başqa, döş qəfəsi orqanları və dayaq hərəkət sistemi (oynaq, sümük, əzələ və vətərlər) üzərində icra olunan minimal invaziv əməliyyatlar da travmatizasiya, qan itkisi, ağrını minimuma salmaqla pasiyentlərin normal həyata daha tez dönməsinə xidmət edir.

Bu üsulla aparılan əməliyyatlardan sonra sağalma müddəti 2-3 dəfə qısalır və infeksiya riski 40–60 faiz azalır. Bu isə həm pasiyentin həyat keyfiyyətinə, həm də səhiyyə sisteminin səmərəliliyinə müsbət təsir göstərir.

İcbari tibbi sığorta hesabına təqdim olunan minimal invaziv cərrahi xidmətlər tibbi göstəriş əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndərişlə İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur. Pasiyentlər bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya müvafiq ixtisaslı həkimə müraciət etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri