“Otto Klub”dakı davaya görə tutulan tələbə bayram günü azadlığa buraxıldı
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda gecə klubunda dava baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə martın 18-də Səbail rayonu ərazisində yerləşən “Otto Klub”da qeydə alınıb.
Maraqlıdır ki, həmin gün dava ilə bağlı həbs edilən tələbə bayram günü azadlığa buraxılıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsi ötən gün bu qərarı çıxarıb.
İş materiallarına əsasən, Türkiyədə qiyabi təhsil alan Elvin sözügedən klubda tanımadığı şəxslə mübahisə edib və ona yüngül bədən xəsarətləri yetirib. Hadisədən sonra polis tərəfindən saxlanılan Elvin Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Onun müdafiəçisi qərardan apellyasiya şikayəti verib. Şikayət ərizəsindən Elvinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi və kimyaterapiya müalicəsinə ehtiyacı olduğu məlum olub. Bundan əlavə, şəxsin ilk dəfə inzibati xəta törətdiyi qeyd edilib.
Növbətçi hakim Cavid Hüseyn bayram günü iclas keçirərək Elvinin 15 günlük inzibati həbs cəzasını 300 manat cərimə ilə əvəz edib. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 22 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















