Icma.az
close
up
RU
Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar ŞƏRH

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, təxminən 30 il davam edən münaqişəyə sonunu qoydu. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və sülh yolu ilə nizamlanmaya üstünlük verdiyini bəyan edir, eyni zamanda, dövlətin iqtisadi, siyasi və hərbi potensialını gücləndirirdi. 2020-ci ildə baş verən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi, 2023-cü ildə isə Qarabağ üzərində Azərbaycanın nəzarəti tam təmin olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

"Bu prosesin ən mühüm nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan artıq uzun illər davam edən münaqişənin tərəfi kimi deyil, Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşmasına təsir göstərən dövlət kimi çıxış edir. Ərazi bütövlüyünün bərpası ölkənin siyasi gündəliyini də dəyişdi: əsas məsələ işğal faktının aradan qaldırılması ilə yanaşı, azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, təhlükəsizliyin təmin edilməsi və dayanıqlı inkişafın qurulmasına yönəldi",- deyə deputat bildirib.

Zəfərin Azərbaycanın beynəlxalq nüfuzuna təsiri

O qeyd edib ki, tarixi Zəfərin Azərbaycanın beynəlxalq mövqeyinə təsiri bir neçə istiqamətdə özünü göstərdi. İlk növbədə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi regionda siyasi çəkisini artırdı. Qarabağın azad edilməsindən sonra ölkənin diplomatik gündəliyində regional kommunikasiyaların açılması, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi və Cənubi Qafqazda davamlı sülhün formalaşdırılması kimi məsələlər daha çox ön plana çıxdı.

Azərbaycanın artan regional əhəmiyyəti yalnız hərbi nəticələrlə izah olunmur. Bakı uzun illər ərzində enerji və nəqliyyat layihələri vasitəsilə Avropa ilə Xəzər regionu arasında mühüm bağlantılar formalaşdırıb. Qarabağdan sonrakı mərhələdə bu imkanlara Zəngəzur dəhlizi ətrafında müzakirələr, Orta Dəhlizin inkişafı və regional kommunikasiyaların bərpası məsələləri də əlavə olunub.

Yeni regional reallıqlar

N.Həsənov vurğulayıb ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazın siyasi xəritəsində mühüm dəyişikliklər baş verdi. Əvvəllər Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı işğal və qarşıdurma reallığı regionun inkişafına ciddi maneə törədirdisə, indi əsas gündəlik regional sülhün və əməkdaşlığın hüquqi-siyasi əsaslarının yaradılmasıdır. Yeni mərhələnin mühüm istiqamətlərindən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Burada sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin tanınması kimi məsələlər xüsusi əhəmiyyət daşıyır. Digər mühüm məsələ regionun nəqliyyat xəritəsinin dəyişməsidir. Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrutlar, Orta Dəhliz, Xəzər dənizi vasitəsilə nəqliyyat bağlantıları və regional yolların inkişafı Cənubi Qafqazın iqtisadi əhəmiyyətini daha da artırır. Beləliklə, münaqişə ilə assosiasiya olunan region tədricən nəqliyyat, enerji və ticarət qovşağına çevrilmək perspektivi qazanır.

Zəfərdən quruculuğa

"Bu mərhələnin digər mühüm xüsusiyyəti hərbi Zəfərin quruculuq prosesinə çevrilməsidir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, yolların, hava limanlarının, enerji və sosial infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yerlərinə qayıtması Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan, Zəfərin mahiyyəti yalnız hərbi nəticə ilə məhdudlaşmır. Qarşıdakı əsas məsələ azad edilmiş ərazilərdə təhlükəsiz, müasir və dayanıqlı həyatın qurulmasıdır. Bu proses Azərbaycanın iqtisadi imkanlarının və dövlət idarəçiliyinin də uzunmüddətli sınağıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri