Icma.az
close
up
RU
Overçukun İrəvan səfərinin mesajları

Overçukun İrəvan səfərinin mesajları

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfəri əsasən iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsinə həsr olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistan-Rusiya gündəliyində ənənəvi olaraq enerji əməkdaşlığı, logistika və gömrük inteqrasiyası, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əlaqələrin dərinləşdirilməsi və investisiya layihələrinin icrası dayanır. Bundan əlavə, ikitərəfli ticarət dövriyyəsinin artırılması, Ermənistanın Rusiya bazarına çıxışı, regional kommunikasiya xətlərinin açılması kimi mövzular da ön plandadır.

Overçukun səfəri İran prezidenti Məsud Pezeşkianın İrəvanda apardığı danışıqlardan cəmi bir neçə gün sonra baş tutdu. Bu ardıcıllıq Moskvanın bölgədə nüfuzunun zəiflədiyi barədə fikirlərə cavab xarakteri daşıyır. Yəni Kreml göstərmək istəyir ki, Ermənistan yalnız İran və Qərblə deyil, hələ də ənənəvi tərəfdaşı Rusiya ilə sıx əlaqələri qoruyur.

Beləliklə, Moskva bu səfərlə həm İrəvana, həm də regiona mesaj göndərir: Rusiya hələ də proseslərin kənarında qalmayıb və Ermənistanın strateji gündəliyində mühüm aktordur.

Hazırda Rusiya-Ermənistan münasibətləri gərgin, amma tam qopmamış bir mərhələdədir. Ukrayna müharibəsindən sonra Moskvanın regionda resursları zəifləsə də, Ermənistanın təhlükəsizlik sahəsində alternativlər axtarması, Qərblə əməkdaşlığı gücləndirməsi və İranla yaxınlaşması diqqət çəkir. Bununla belə, İrəvan iqtisadi və enerji asılılığı səbəbindən Moskva ilə əlaqələri birdəfəlik kəsmək iqtidarında deyil. Deməli, münasibətlər “soyuq tərəfdaşlıq” formatına çevrilərək davam edir: gərginliklər olsa da, Moskva və İrəvan hələ də qarşılıqlı asılılıq səbəbindən əməkdaşlığı qorumağa məcburdur.

Ruslan Zəngəzur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri