Icma.az
close
up
RU
Övladı əsgərliyə gedən DEPUTATLAR

Övladı əsgərliyə gedən DEPUTATLAR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Deputatlar siyasi qərarları ilə yanaşı, həm də şəxsi həyatlarının bəzi detallarına görə cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə, onların övladlarının hərbi xidmətə gedib-getməməsi məsələsi ictimai marağın dəyişməz mövzusudur. Xüsusi ilə 5 il əvvəl Vətən müharibəsi dövründə bu mövzu ətrafında yaranan müzakirələr cəmiyyətin deputatlardan gözləntilərini bir daha aydın şəkildə ortaya qoyur.
Modern.az deputatlar arasında övladlarının əsgərliyə gedib-getmədiyi ilə bağlı sorğu keçirib.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının sözlərinə görə əsgərliyə yararlı bütün oğlan uşaqları hərbi xidmətə getməlidir: "Hərbi xidmətə getmək nə siyasətçinin, nə qeyri - siyasətçinin övladına bağlı olmalıdır. Azərbaycanda əsgərliyə yararlı bütün oğlan uşaqları vaxt gəldikdə hərbi xidmətə mütləq getməlidir. İllərdir səfər etdiyim Türkiyədə görürəm ki, övladı əsgər getməyən şəxslərə yaxşı baxmırlar. Mənim oğlum universiteti bitirən kimi əsgərliyə gedib, 1 il xidmət çəkib, alnının ağı ilə çox da gözəl xidmət edib. Ondan sonra təhsilini davam etdirib, - magistratura təhsili alıb. İndi əsgərlər üçün hərbi xidmətlərdə hər cür şərait yaradılıb. Əsgərliyə zülm yeri kimi baxılmamalıdır. Əsgərlik hər bir azərbaycanlı kişisinin həm borcu, həm də şərəf məsələsidir." 

Millət vəkili Aydın Mirzəzadənin oğlu universitet təhsilindən sonra bir illik hərbi xidmətini çəkib. 

Deputat Vüqar Rəhimzadə 3 oğlu var. "3 oğlum var, ikisi Bakı Dövlət Universitetinin bitirdikdən sonra hərbi xidməti uğurla başa vurub. İlk oğlum 2016, digəri isə 2018-ci ildə əsgərliyə gedib. Son beşik oğlum da bu il orta məktəbi bitirib və Bakı Dövlət Universitetinə qəbul olunub. O da ali təhsilini bitirdikdən sonra əsgərliyə gedəcək. Hərbi xidmətdən keçmək şərəfli işdir.

Deputat Novruz Aslanın oğlu isə hazırda hərbi xidmətdədir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, hər iki oğlu hərbi xidmət borcunu yerinə yetirib.

Millət vəkili Tahir Rzayev hərbi xidmətdə olmaq, torpaqlarımızı qorumaq hər bir şəxsin borcu olduğunu bildirib.
“İki oğlum var, hər ikisi də orduda xidmət edib. Hərbi xidmətləri yüksək səviyyədə qiymətləndirilib və geri dönüblər”. 
Deputat onu da bildirib ki, özü də 18 yaşı tamam olandan sonra hərbi xidmətə gedib. “Əsgər olmuşam, zabit kimi geri qayıtmışam. Mən həmişə qohum-əqrabalarımın əsgər getməsinin tərəfdarıyam”. 


Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, onun övladları hələ ki ali təhsil alır:
“Mənim iki oğlum magistratura təhsili alır, üçüncü oğlum isə Bakı Dövlət Universitetində birinci kursda tələbəsidir. Təhsillərini bitirdikdən sonra onları hərbi xidmətə yola salacağıq. Mən özüm tibb xidməti leytenantı kimi Tərtər rayonunda həm hərbi xidmət keçmişəm, həm də tibb işçisi kimi fəaliyyət göstərmişəm. Qardaşım da hərbi xidmətdən keçib. Ehtiyatda olan baş leytenant kimi 44 günlük Vətən müharibəsində iştirak edib və müharibənin ilk günündən son gününə kimi Hadrut döyüşlərində də daxil olmaqla bölük komandiri olaraq döyüş əməliyyatlarında iştirak edib. Digər qardaşım isə Ədliyyə Nazirliyinin mühafizə alayında öz borcunu yerinə yetirib. Biz qardaşlar olaraq Vətən qarşısında borcumuzu yerinə yetirdiyimiz kimi, oğullarımız da bu şərəfə nail olacaqlar.

Deputat Əli Məsimli isə sorğumuza cavab olaraq bildirib ki, oğlu Anar 2008-ci ildə hərbi xidmət borcunu yerinə yetirib. O, 2008-ci ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri