Icma.az
close
up
RU
Oyan Nəzəriani: “Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik” MÜSAHİBƏ

Oyan Nəzəriani: “Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Oyan Nəzərianinin federasiyanın mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, Azərbaycan çempionatını dəyərləndirib, qarşıdadı yarışlar barədə danışıb.

– İyulda keçirilən Azərbaycan çempionatını və bu yarışın nəticələrini necə dəyərləndirirsiniz?

– 2 illik fasilədən sonra yenidən Azərbaycan çempionatı keçirildi. Bu çempionat 2 yaş qrupunda – U17 və böyüklər arasında baş tutdu. Əvvəlki çempionatlarından fərqli olaraq, ilk dəfə qadınlar arasında da çimərlik güləşi üzrə qaliblər müəyyənləşdi. Yarışa xeyli iştirakçı qatılmışdı. Gözləntilərimiz doğruldu. Bu çempionatı keçirməkdə əsas hədəfimiz növbəti il baş tutacaq yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlığına daha erkən start vermək və milli komandanın geniş tərkibli güləşçi bazasını müəyyənləşdirib, onları məşq proseslərinə cəlb etmək, yarışlara hazırlaşmaq idi.

– Çempionat bitdikdən dərhal sonra təlim-məşq toplanışına başladınız. Hazırlıq prosesi necə keçdi? Komanda qarşıdakı 2 ayda keçiriləcək yarışlara tam hazırdırmı?

– Çempionat bitdikdən dərhal sonra güləşçiləri yığma komandanın tərkibinə cəlb elədik. Gündəlik bir məşqlə başladıq. Yeni gəlmiş idmançılarımızı çimərlik güləşinin qaydaları, məşq növü və məşq disiplinləri ilə tanış eləməklə başladım. Daha sonra bu ilin birinci təlim-məşq toplanışına start verdik. İlk növbədə ümumi-fiziki və funksional hazırlığa üstünlük verdik. Toplanış avqustun 30-da yekunlaşsa da, yarışlara qədər məşqlərimiz davam edəcək. Əvvəlcə böyüklərdən ibarət heyətlə Dünya Seriyasının mərhələ yarışında iştirak etmək üçün Mərakeşin Kasablanka şəhərinə yollanacağıq. Oradan qayıtdıqdan dərhal sonra U17 dünya çempionatı üçün son təlim-məşq toplanışına start verəcəyik. Burda da çeviklik və taktika üstündə işləyəcəyik. Hələ vaxtımız var. Çalışacağıq ki, daha çox təkmilləşib, maksimum dərəcədə yarışda yaxşı çıxış edək.

– Get-gedə çimərlik güləşi üzrə beynəlxalq yarışlarda iştirakçıların sayı artır. Bu da rəqabəti daha da gücləndirir. Belə rəqabət fonunda yarışlardan gözləntiləriniz nələrdir?

– Yarış ərəfəsində çox iddialı danışmağın tərəfdarı deyiləm. Hər yarışın özəl xüsusiyyətləri var. İstənilən halda, bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik. Ona uyğun məşq edirik. Qazanacağımız nəticələri, medalların əyarını yarış günündəki şərait – güləşçilərin, rəqiblərin performansı müəyyənləşdirəcək. U17 dünya çempionatında yüksək nəticələr qazanacağımıza ümid edirik. Dünya Seriyasında az güləşçi ilə iştirak etsək də, bu yarışda da medal qazanmağa namizədik.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri