Icma.az
close
up
RU
Oyun asılılığının səbəbləri və zərərləri ARAŞDIRMA

Oyun asılılığının səbəbləri və zərərləri ARAŞDIRMA

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

10-15 il əvvələ qədər uşaqlarımıza “Səhərdən bayırdasan, bəsdir, evə gəl!” deyirdik.

İndi isə tam əksi vəziyyətlə qarşılaşırıq və bu cümləni deyirik: “Saatlarla o oyunu oynayırsan, çölə çıx, təmiz hava al!”. Hətta metroda yaşlı nəslin nümayəndələri də telefonun içinə həbs olaraq oyun oynayırlar.

Tribunainfo.az-ın araşdırmasına əsasən valideynlər belə bir fikirlə razı olacaqlar ki, oyun asılıları – uşaqlar, böyüklər saatlarla, hətta günlərlə kompüterdən, telefondan əl çəkə bilmir, və ya yalnız tualetə getmək üçün qalxırlar.

Oyun aludəçiləri ya çox nadir hallarda yemək yeyirlər, ya da oyun oynayarkən yeməyə üstünlük verirlər. Fiziki səy göstərmədikləri və çox az ünsiyyət qurduqları üçün yaxın gələcəkdə müxtəlif sağlamlıq problemləri ilə qarşılaşacaqlar.

Cəmiyyət olaraq içki və narkotik aludəçiliklərinə qarşı həssas olsaq da, təəssüf ki, oyun asılılığı kimi davranış asılılıqlarına eyni bağlılığı göstərə bilmirik. Belə hallarda valideynlər,
“Qoy bir az böyüsün”, “Zamanla yox olacaq”, “Tətildə oynasın, dərs başlayanda dayanacaq” kimi cümlələrlə vəziyyətin ciddiliyini dərk etmirlər.

Lakin, belə deyil. Mütəxəssislər bildirirlər ki, oyun asılılığı üçün psixoloji dəstək almaq vacibdir.

Oyun asılılığı: Kompüter, oyun konsolları və smartfonlar kimi cihazlar vasitəsilə oynanan oyunlara həddən artıq vaxt sərf etdiyinə görə; Bir insanın fiziki, sosial və emosional problemlər yaşamasına səbəb olan bir asılılıq olaraq təyin olunur. Bu asılılıq internet asılılığı kateqoriyasında qiymətləndirilir. Rəqəmsal oyunlara aludə olan fərdlərdə həm də vəsvəsə, özünü idarə etməmək, real dünya ilə mümkün qədər az ünsiyyət qurmaq kimi əlamətlər var.

OYUN BAĞLILIĞININ SƏBƏBLƏRİ

Kompüter, planşet və ya telefonda oyun asılılığının bir çox səbəbi ola bilər. Bu mərhələdə vacib olan, asılılığa səbəb olan amilləri tapmaq və onlara müraciət edərək həll yolu çıxarmaqdır.
Hörmət ehtiyacı: İnsan rəqəmsal oyunlarda nə qədər çox vaxt keçirsə, digər oyunçular tərəfindən qəbul edilmə ehtimalı bir o qədər çox olar. Təbii ki; Adamın saatlarla oyundan qalxmamasına səbəb olur. Bundan xəbərdar olan tərtibatçılar, oyunlar hazırlayarkən, onlar oyunçuları mümkün qədər çox vaxt sərf etməyə təşviq edirlər.

Sosial və ailə ünsiyyətində problemlər: Ailə və sosial mühitdə kifayət qədər hörmət görməyən uşaqlar rəqəmsal oyunlara müraciət etdikdə asanlıqla digər oyunçuların hörmətini qazana və orada müvəffəqiyyət qazana bilərlər. Buna görə də uşaqlar öz hörmət ehtiyaclarını oyunlar vasitəsilə qarşılaya bildikdə, təəssüf ki, oyun aludəçiliyinə ən güclü namizəd olurlar.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, bu mövzuda bizə də daha çox müraciət edənlər valideynlər olur.

Psixoloqun sözlərinə görə, valideynlər oyun asılılığından övladlarını qurtarmaq istəyir. İlk olaraq asılı olan şəxslər oyundan konfort alır. Özlərindən asılı olmadan təkcə oyuna deyil, gələcəkdə həyatlarında addım atacaq hər hansı bir hadisəyə də asılı vəziyyətdə reaksiya göstərəcəklər. Asılı olan bir şəxsin xasiyyət qüsuru əmələ gəlir. Yaranan bu xasiyyət qüsurunun səbəbi də oyundan əvvəl nədənsə qaynaqlanır. Elə bir zamana gəlmişik ki, antidepressantlar dövründəyik. Bunun da əsas səbəblərindən biri, məhz oyundan asılı qalmasına, münasibətlərdən asılı qalmasına, hormonal dəyişikliklər getdiyi zaman həmin münasibətdən asılı qalmasına səbəb yaradır. Ona görə də vaxtında xasiyyət qüsurunu bilib öncədən qarşısını almaq lazımdır. Asılılıq zərərli vərdişləri də özündə gətirir. Daha sonra bu kanfortu heç nədən almadıqda, narkotikə doğru üz tutacaqdır. Buna görə də övladlarımıza mütəmadi məşğul olmalıyıq. Valideynlər daha da diqqətli olsunlar. Psixoloji dəstək almaq ilkin mərhələdə çox yardımçı olacaqdır”.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri