Icma.az
close
up
RU
“Özbəkistan Azərbaycan: Qardaş xalqların mədəni mənəvi əməkdaşlığının tarixi aspekti” monoqrafiyasının təqdimatı keçirilib

“Özbəkistan Azərbaycan: Qardaş xalqların mədəni mənəvi əməkdaşlığının tarixi aspekti” monoqrafiyasının təqdimatı keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Özbəkistan–Azərbaycan: Qardaş xalqların mədəni-mənəvi əməkdaşlığının tarixi aspekti” monoqrafiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanaraq nəşr edilib.

Monoqrafiyanın müəllifləri “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, tarix elmləri doktoru, Özbəkistanın Nizami adına Milli Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov və Özbəkistanda çalışan azərbaycanlı alim, tarix üzrə fəlsəfə doktoru Azər Adıgözəlovdur.

Bu nəşrdə rəsmi sənədlərə, arxiv materiallarına və konkret faktlara əsaslanaraq iki qardaş xalqın qədim zamanlardan bu günə qədər olan mədəni-mənəvi qarşılıqlı əlaqələr yolu təhlil edilir. Müəlliflər mədəni diplomatiyanın təşəkkül tapması məsələlərinə və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi roluna xüsusi diqqət yetiriblər.

Təqdimatda çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli monoqrafiyanın təkcə tarixi sənədlər toplusu deyil, həm də müasir həqiqətlərə işıq salan mühüm elmi mənbə olduğunu qeyd edib. Onun sözlərinə görə, kitabda Böyük İpək Yolu boyunca ticarət və mədəni əlaqələrdən müstəqillik illərində siyasi, iqtisadi və mədəni tərəfdaşlığın yeni mərhələsinə qədər geniş əməkdaşlıq panoraması təqdim olunub.

Direktor vurğulayıb ki, nəşr Azərbaycan və Özbəkistan xalqlarının birlik və həmrəyliyinin tarixi köklərini daha dərindən araşdırmaq istəyən gələcək nəsillər üçün bələdçi olacaq. Əlavə edib ki, bu cür əsərlər təkcə elmi dairələr deyil, həm də geniş ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir, ölkələr arasında dostluq körpülərinin möhkəmlənməsinə kömək edir.

Professor Erkin Nuriddinov çıxışında təşkilatçılara minnətdarlığını bildirib və monoqrafiyanın hazırlanmasında əsas məqsədləri açıqlayıb. Alimin sözlərinə görə, toplanmış materiallar Azərbaycan ilə Özbəkistan xalqları arasında çoxəsrlik dostluğu təkcə tarixi baxımdan deyil, həm də mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın konkret nümunələri ilə nümayiş etdirir. E.Nuriddinov monoqrafiyanın etibarlı elmi mənbəyə çevriləcəyini, iki dövlət arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri