Icma.az
close
up
RU
Özbəkistan Silahlı Qüvvələri Hərbi Akademiyasının kursantları Azərbaycan Mədəniyyət Mərkəzində olublar

Özbəkistan Silahlı Qüvvələri Hərbi Akademiyasının kursantları Azərbaycan Mədəniyyət Mərkəzində olublar

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) tədbir keçirilib.

Tədbirdə səfriliyin və attaşelik aparatının nümayəndələri, Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan kursantlar və onların müəllimləri iştirak ediblər. Tədbirə dəvət olunan Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndələri mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeylə tanışlıq zamanı qonaqlara böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, Ulu Öndərin keçmiş sovet İttifaqı dövründə təhlükəsizlik orqanlarında, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq respublikamızın inkişafı və tərəqqisi naminə göstərdiyi böyük xidmətlər heç zaman xalqımız tərəfindən unudulmur. Ümummilli Liderin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və digər sahələr üzrə gördüyü işlərdən danışılarkən xüsusi olaraq bildirilib ki, dahi şəxsiyyətin xalq qarşısında ən böyük xidmətlərindən biri müasir, qüdrətli Azərbaycan Ordusunun yaradılması və inkişafının təməlinin qoyulmasıdır. Digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ordumuzun qüdrətlənməsi, torpaqlarımızın erməni işğalından azad edilərək ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, şanlı Zəfərin qazanılması haqqında ətraflı məlumatlar da Hərbi Akademiya nümayəndələrinin diqqətinə çatdırılıb. Qonaqlar Ümummilli Lider Heydər Əliyev haqqında sənədli filmə baxdıqdan sonra Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Azərbaycan Xalçaları Muzeyi ilə tanış olublar.

Sonda kursantlar mərkəzdə təşkil olunan çay süfrəsinə dəvət olunublar

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri