Özbəkistan və Türkiyə güzəştli ticarəti inkişaf etdirəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, səfər çərçivəsində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavinləri Əkrəm Əliyev və Mustafa Tuzcunun həmsədrlik etdiyi iki ölkə arasında Güzəştli Ticarət Sazişi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Danışıqlar zamanı bərabər əsasda güzəştli ticarətə tabe olan məhsulların siyahısının daha da genişləndirilməsi məsələsi ətraflı müzakirə edilib və danışıqların üçüncü raundunun nəticələri üzrə qarşılıqlı razılıq əldə edilib. Həmçinin, qarşılıqlı maraq doğuran əlavə mal növlərinin siyahıya daxil edilməsi ilə bağlı əldə edilən nəticələri özündə əks etdirən yekun protokol imzalanıb.
Qeyd edilib ki, qəbul edilən qərarlar qarşılıqlı ticarətin canlandırılması, ixrac-idxal əməliyyatlarının miqyasının genişləndirilməsi və ticarətin dəyərini 5 milyard dollara çatdırmaq istiqamətində mühüm addımdır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türkiyə və Özbəkistan əczaçılıq sektorunda əməkdaşlığı inkişaf etdirəcək
30 İyul 2026 17:41
Özbəkistan və Türkiyə çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirəcək
16 May 2025 16:05
Azərbaycan, Türkiyə, Özbəkistan və KONKRET
31 Avqust 2026 18:51
WhatsApp ödənişləri və ticarəti inkişaf etdirəcək
24 İyun 2026 15:29
Türkiyə Özbəkistan münasibətlərində yeni mərhələ
03 Fevral 2026 11:29
Baxış sayı:135
Bu xəbər 17 İyul 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















