Icma.az
close
up
RU
Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib

Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib

Icma.az, 525.az saytına istinadən bildirir.

Daşkənd şəhərində yerləşən Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda görkəmli bəstəkar və musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Yunis Rəcəbi adına İnstitutun birgə təşkilatçılığı ilə reallaşıb.

Mədəniyyət Mərkəzindən 525.az-a bildirilib ki, tədbiri institutun rektoru professor Eldor Şermanov açaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı müstəsna rolundan, onun zəngin yaradıcılıq irsi və ictimai fəaliyyətindən bəhs edib.

Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin müşavir-elçisi Fariz Məmmədov dahi sənətkarın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi geniş şəkildə qeyd olunduğunu vurğulayıb. Fariz Məmmədov deyib ki, hələ 1995-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük Üzeyir Hacıbəylinin anadan olduğu günü, sentyabrın 18-ni ölkəmizdə Milli Musiqi Günü elan edib. Bu da böyük bəstəkara olan hörmət və ehtiramın təcəssümüdür.

Çıxış edən Özbəkistandakı səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mərkəz tərəfindən qardaş ölkədə mütəmadi olaraq silsilə tədbirlər keçirildiyini və bugünkü tədbirin də bu qəbildən olduğunu bildirib. Akif Marifli “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilinə tərcüməsinin nəşrini özbək mədəniyyəti tarixi üçün böyük hadisə olduğunu qeyd edərək sözügedən nəşrin iki qardaş xalq arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətində bir körpü rolu oynayacağını vurğulayıb.

Daha sonra çıxış edən Özbək Milli Musiqi Sənəti İnstitutunun professoru Soyibcan Begmatov Üzeyir Hacıbəylinin sözügedən əsərinin özbək dilinə tərcümə olunmuş variantının musiqişünaslar üçün, ələlxüsus da musiqi təhsili verən təşkilatlar üçün çox qiymətli bir dərs vəsaiti, mənbə olduğunu qeyd edib.

Çıxış edən Özbəkistanın Əməkdar incəsənət xadimi professor Firuza Əbdüraximova Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri təkcə bir kitab deyil, milli musiqi düşüncəsinin bünövrəsini təşkil edən, Azərbaycan xalq musiqisinin fəlsəfəsini, muğamın incəliklərini, melodiyanın ruhunu elmi əsaslarla izah edən fundamental tədqiqat olduğunu bildirib.

Çıxış edənlər, dosentlər Şahidə Berdixanova, Bəxtiyar Ahurov və digər tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış bu monumental irsin, Azərbaycan musiqisinin zənginliyini sistemləşdirərək ona ümumbəşəri dəyər qazandırdığını, Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafına mühüm töhfə olduğunu vurğulayıblar.

Qeyd edək ki, sözügedən nəşrin özbək dilinə tərcüməsi Özbəkistan Dövlət Konservatoriyasının “Orkestr dirijorluğu” kafedrasının baş müəllimi Əbdüməcit Karabayev tərəfindən həyata keçirilib.

Tədbirin bədii hissəsində özbək və Azərbaycan mahnıları səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Sentyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri