Icma.az
close
up
RU
Özbəkistandan olan professor: Azərbaycanın təcrübəsindən faydalanaraq ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin daha qısa müddətdə yaradılacağına inanırıq

Özbəkistandan olan professor: Azərbaycanın təcrübəsindən faydalanaraq ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin daha qısa müddətdə yaradılacağına inanırıq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 avqust, AZƏRTAC

Özbəkistan Prezidentinin müvafiq fərmanı ilə ölkəmizdə qida təhlükəsizliyi sahəsində vahid bir qurumun yaradılması tapşırılıb. Bu qurumun formalaşdırılmasında Azərbaycanın təcrübəsi bizim üçün olduqca əhəmiyyətlidir. Məhz bu məqsədlə Bakıya gəlmişik və burada həm agentliyin, həm də aidiyyəti institutların fəaliyyəti ilə tanış oluruq. Dünən və bu gün təqdim olunan əhatəli təqdimatlar bizim üçün çox faydalı və maraqlı oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsinin sədrinin birinci müavini, nümayəndə heyətinin rəhbəri Atabekov Nurmat Satiniyozoviç jurnalistlərə açıqlamasında səsləndirib.

O, Azərbaycana səfər barədə öz təssüratlarını bölüşüb: “Biz Özbəkistandan 11 nəfərlik nümayəndə heyəti ilə Bakıya səfər etmişik. Heyətin tərkibində Sanitariya-epidemioloji xidmətin, Gömrük xidmətinin, Bitki karantini və mühafizəsi xidmətinin, Baytarlıq xidmətinin, həmçinin Ticarət-Sənaye Palatasının və Strateji Araşdırmalar Agentliyinin nümayəndələri iştirak edirlər. Hazırda Özbəkistanda bu qurumlar ayrı-ayrılıqda fəaliyyət göstərir. Məsələn, ərzaq məhsullarının sertifikatlaşdırılması və qida təhlükəsizliyinə nəzarət prosesinə həm Sanitariya-epidemioloji xidmət, həm Karantin xidməti, həm də Baytarlıq xidməti cəlb olunur. Eyni zamanda, müəyyən dərəcədə dövlət standartlaşdırma qurumu da bu prosesdə iştirak edir. Bunun nəticəsində bəzi funksiyaların təkrarlanması müşahidə olunur”.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Özbəkistanda da bu istiqamətdə islahatlar aparılır: “Azərbaycan artıq bu sahədə 7–8 illik təcrübəyə malikdir və daim inkişaf etməkdədir. Biz də bu təcrübədən faydalanaraq öz ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin daha qısa müddətdə yaradılacağına inanırıq. Çünki Azərbaycanın qazandığı nailiyyətlər bizim üçün nümunə olacaq və prosesin sürətlənməsinə şərait yaradacaq. Azərbaycan laboratoriyalarının yüksək səviyyəsi, müasir avadanlıqlarla təchiz olunması və peşəkar mütəxəssislərin fəaliyyəti xüsusi təqdirəlayiqdir. Özbəkistanda da Sanitariya-epidemiologiya komitəsinin nəzdində qida təhlükəsizliyi sahəsində elmi-tədqiqat işləri aparan institut fəaliyyət göstərir. Lakin hesab edirik ki, Azərbaycanla əməkdaşlıq sayəsində bu istiqamətdə daha da irəliləyə bilərik”.

Özbəkistandan olan professor vurğulayıb ki, ölkəsi ixracyönümlü siyasət aparır. “Ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı ildən-ilə artır. Bu səbəbdən vahid qida təhlükəsizliyi xidmətinin yaradılması həm ixracatçılar, həm sahibkarlar, həm də bütövlükdə ölkə üçün çox faydalı olacaq. İnanırıq ki, Azərbaycanla əməkdaşlığımız bir səfərlə məhdudlaşmayacaq. Gələcəkdə də həm agentliyin, həm də müvafiq institutların mütəxəssisləri Özbəkistana dəvət olunacaq və birgə əməkdaşlıq nəticəsində bu sahədə analoji bir qurumu daha qısa müddətdə formalaşdıra biləcəyik”, - deyə o diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri