Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Özəl, yoxsa dövlət xəstəxanası? Orada xəstələrə münasibət yaxşıdır

Özəl, yoxsa dövlət xəstəxanası? Orada xəstələrə münasibət yaxşıdır

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhiyyə ən çox müraciət etdiyimiz sahələrdəndir. Cəmiyyətdə də insanlar arasında belə bir düşüncə var: “Özəl klinikada çalışan həkimlər dövlət tibb müəsissələrindəkindən yaxşıdır”. Hətta həkimlərin də savadını bu yolla müqayisə edirlər, özəl klinikalara güvənirlər.

Bəs görəsən, bu fikir nə qədər əsaslıdır? Bu düşüncənin təməlində nələr dayanır?

Səhiyyə eksperti, həkim Aydın Əliyev Lent.az-a açıqlamasında bildirib ki, insanların özəl klinikaları seçməsinin səbəblərindən biri onlara orada göstərilən rəftardır:

“Azərbaycanda həm özəl, həm də sektorunda vicdanlı və savadlı, özünü inkişaf etdirən həkimlər var. Lakin bununla yanaşı insanlar özəl sektorunda müalicə və müayinə edilməyə daha çox üstünlük verirlər. Reallıq bundan ibarətdir ki, əksər dövlət tibb müəssisələrində təchizat, maddi-texniki baza dünya standartları səviyyəsində deyil. Digər səbəb isə isə əməkdaşların (həkimlərin) düşüncə tərzidir. Səhiyyə sahəsində maariflədirmə işləri zəifdir. Hər zaman deyirəm ki, səhiyyə işçilərinin işinə vicdanla yanaşması haqqında video-roliklər, qısametrajlı filmlər çəkilməlidir. Müəllim və tələbə ilə bağlı bir film var idi. Müəllim tələbədən pul alıb, qiymət yazır, sonra o tələbə cərrah olur. Bir günüəllimin övladı qəza keçirir xəstəxanaya gəlir və onun valideyninə rüşvət verib, cərrah olan həmin tələbənin əlinə düşür. Bu aspektdən vicdanı əks etdirən filmlərin çəkilməsi önəmlidir.

Pasiyentlər özəl klinikaya müraciət edəndə onlara diqqətlə yanaşırlar. O da ödəniş müqabilində həkimin qarşısında həm ərk edə, həm də daha keyfiyyətli xidmət tələb edir. Əlbəttə, pasiyent haqlıdır. Həmin özəl klinikadakı tibb personalı da ödənişə görə daha yaxşı xidmət göstərməyə maraqlı olurlar. Sözsüz ki, çatışmazlıqlar həm dövlət, həm də özəl sektorda olur, lakin ödənişlərə görə özəl tibb müəssisələri daha məsuliyyətli yanaşırlar xəstəyə.

Alətlərin təmizliyi, işlənmə qaydası, birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyalar da insanların özəl klinikalara üstünlük verməsinin təməlində durur. Özəl klinikalarda xəstələr görürlər ki, birdəfəlik istifadə materialları onların gözünün önündə açılıb, istifadə edilib, daha sonra atılır. Amma dövlət xəstəxanalarında əsasən bunları görə bilmirlər. Özəl klinikaların seçilməsinin əsas səbəbləri bunlardır. Necə deyərlər, “elin gözü tərəzidir”.

Digər tərəfdən dövlət xəstəxanalarında həkimlərə verilən məvacib və bonus əlavələri azdır. O məbləğlər həkimləri motivasiya edə bilmir. Dövlət tibb müəssisələrində tibb işçilərinin maddi rifahı yüksəldilsə, oradakı neqativ hallar da azalar. Lakin maddi tərəflə paralel olaraq, tibb işçilərinə işin mənəvi tərəflərini aşılamalıyıq. Bir neqativ halla qarşılaşmışdım. Allaha inanan, inancları olan bir xanım dövlət tibb müəssisəsindən dərmanları çıxarıb, satırdı. Kimliyindən və inanclarından asılı olmayaraq, tibb sektorunda çalışanlara işini vicdanla görmək aşılanmalıdır. Bu məsələdə ciddi qüsurlarımız var”.

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Lent.az-a açıqlamasında qeyd edib ki, xəstə özəl klinikada işləyən həkimə inanmasa onun yanına gəlmir:

“İnsanlar bu düşüncəyə durduq yerdə varmayıblar. Özəl klinikalarda işləmək dövlət xəstəxanasında çalışmaqdan çox çətindir. Xəstə özəl klinikada işləyən həkimə inanmasa, onun yanına gəlmir. Dövlət xəstəxanalarına əsas müraciətlər inzibati yollarla olur. Hər hansısa sağlamlıq sənədini özəl klinikadan almağa icazə yoxdur, buna görə şəxs mütləq dövlət tibb müəssisəsinə göndərilirlər. Lakin müalicə üçün onlar öz inandıqları həkimə müraciət edirlər. Özəl klinikanın rəhbəri həkimə maaş və xəstə vermirlər. Özəl klinikalarda çalışan həkimlər dövlət xəstəxanalarında işləyənlərdən ona görə çox maaş alırlar ki, özünü tanıdıb, kifayət qədər pasiyenti var, onların da faizi həm həkimə, həm də xəstəxanaya çatır. Amma dövlət xəstəxanasına xəstə gəlsə də, gəlməsə də, həkim yenə o maaşı alır.

Özəldə çalışan həkimin yanında xəstə gəlməsə, o, bütün ay maaşsız qalar və normal olaraq, orada çalışmaz. Bir həkim özəldə işləyirsə, deməli halından razıdır. Pasiyentlər də bunu görürlər və onlara güvənirlər. Ona görə də üstünlüyü özələ verirlər. Bundan əlavə özəl klinikalarda pasiyentlərə çox hörmətlə rəftar edirlər, onların qayğısına qalırlar. Amma təəssüf ki, dövlət xəstəxanasında həkimlərin xəstələrə münasibəti də yaxşı deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Aprel 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri