Özünü bank əməkdaşı kimi təqdim edib 10 min manat kredit götürdü, saxlanıldı KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürən şəxs saxlanılıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etdiyi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirdiyi, daha sonra onun adına 10 min manat onlayn kredit götürdüyü məlum olub.
Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Fevral 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















