Pafos lu məşqçidən qəribə seçim: Bu il ÇL də, gələn il avrokuboksuz
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməklə çoxlarını təəccübləndirən Kiprin "Pafos" klubu baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, Xuan Karsedo Moskva "Spartak"ı ilə anlaşıb.
52 yaşlı ispaniyalı mütəxəssis bu gün artıq Rusiyaya gəlib. Bu barədə Rusiya nəhəngi mətbuat xidməti vasitəsilə açıqlama yayıb.
Karsedo ilə 2028-ci ilin yayına qədər müddətə müqavilə imzalanıb. O, noyabr ayında istefaya göndərilən serbiyalı Deyan Stankoviçdən sonra müvəqqəti baş məşqçi səlahiyyətlərini yerinə yetirən Vadim Romanovu əvəzləyib.
Karsedo 2023-cü ilin iyul ayından bəri "Pafos"u çalışdırırdı. Sözügedən komanda onun rəhbərliyi altında Kipr çempionluğunu və kubokunu qazanıb. "Pafos" hazırda Çempionlar Liqasında mübarizəni davam etdirir.
İspaniyalı mütəxəssis əvvəllər də "Spartak"da çalışıb. O, 2012-ci ildə Unai Emerinin məşqçilər heyətinin üzvü olub. Karsedo daha sonra ona "Sevilya", PSJ və "Arsenal"da kömək edib.
"Spartak" 18 turdan sonra 29 xalla Rusiya çempionatının turnir cədvəlində 6-cı yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 13 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















