Pakistanın Baş naziri İlham Əliyevdən bu barədə dəstək göstərilməsini xahiş etdi
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib.
Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha vurğulayıb.
Söhbət zamanı siyasi sahədə mövcud yüksəksəviyyəli münasibətlərin iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi qeyd edilib.
Pakistanın Baş naziri Azərbaycanın “ASAN xidmət” modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.
Pakistanın Baş naziri buna görə dövlət başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini ölkələrimiz arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Telefon danışığı zamanı son dövrlərdə Pakistanın regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir olunub.
Dövlət başçısı və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlərə, həmçinin regional və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi
15 May 2025 13:50
Pakistanın baş naziri İlham Əliyevi təbrik etdi
13 Noyabr 2024 15:48
İlham Əliyevdən sahibkarlara yeni dəstək
16 İyun 2026 14:12
Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdi KONKRET
29 Mart 2025 17:32
İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb
13 Noyabr 2024 15:48
Baxış sayı:181
Bu xəbər 10 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















