Pakistanlı nazir yerli qaz hasilatının genişləndirilməsində dəstəyə görə Azərbaycana təşəkkür edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Pakistan hökuməti yerli qaz hasilatının genişləndirilməsi istiqamətində gördüyü işlərdə Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edir”.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Pakistanın enerji naziri Əli Pərviz Malik deyib.
Nazirin sözlərinə görə, Pakistan xarici asılılığı azaltmaq və daxili qaz ehtiyatlarından daha səmərəli istifadə etmək üçün “indigenizasiya” siyasəti yürüdür. Bu çərçivədə beynəlxalq tərəfdaşlardan dəstək alınır: “Biz yerli qaz ehtiyatlarının inkişafını təşviq etməyə çalışırıq və bu prosesdə Azərbaycan hökumətinə və digər dost ölkələrə minnətdarıq. Onlar bu istiqamətdə bizə yardım edirlər,” – deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, Pakistanın məqsədi qaz sektorunda davamlılığı təmin etmək, yerli resurslardan daha çox istifadə etmək və struktur islahatlar həyata keçirməklə enerji təhlükəsizliyini möhkəmləndirməkdir.


