Icma.az
close
up
RU
Pambıq istehsalına heyvandarlıq qurban edildi, hər iki sahədə ciddi geriləmə oldu

Pambıq istehsalına heyvandarlıq qurban edildi, hər iki sahədə ciddi geriləmə oldu

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı zamanla yalnız aşağı düşür. Heyvandarlıqla bağlı da oxşar vəziyyətdir. Yalnız geriləmədən danışmaq olar. Ətin qiyməti 20 manatı ötür. Örüş sahələrinin azalması həm heyvandarlığa zərbə vurur, həm də kəndləri boşaldır. İnsanlar bu sahəyə diqqət ayırmağı mənasız sayır. Çünki xeyli texniki problemlə üzləşirlər.

Bizimyol.info xəbər verir ki, ölkədə heyvandarlıq məhz pambıq istehsalına qurban edildi. 2017-ci ildə pambıq istehsalına dair dövlət proqramı qəbul ediləndən sonra örüş sahələrinə hücum çəkdilər. Bu prosesdən heyvandarlıq nə qədər zərər gördü. Hələ nə qədər əkin sahəsi də pambıq təyinatlı oldu. Nəticə isə həm pambıq istehsalının, həm də heyvandarlığını geriləməsidir.

Pambıq istehsalı azalır. Hər halda 2023-cü ildə 2022-ci ilə nisbətən azalma müşahidə edilmişdi. Bir il ərzində 46 min ton daha az məhsul istehsal edilmişdi. Noyabrın 11-nə olan məlumata görə, hələlik sahələrdən 168 min ton məhsul toplanıb. Dövlət Gömrük Komitəsi ixracın artdığını bildirir. Mütəxəssislər isə nikbin danışmır. Hesab olunur ki, illik istehsal yenə aşağı düşəcək. Məsələn, keçən il 276 min ton məhsul yığılmışdı. Həmin göstəriciyə çatmaq inandırıcı görünmür.

Pambıq istehsalı üçün bu qədər potensial sərf olunur. Amma təkcə keçən ilin eyni dövrü ilə müqayisədə qiymət 20 faiz aşağı düşüb. Ətin qiyməti isə pambıq istehsalına dair dövlət proqramının qəbulundan bəri təxminən iki dəfə artıb.

Aran rayonlarında yerli sakinlərlə söhbətdə məlum olur ki, fermerlərin əksərinə pambıq əkmək daha sərf etmir. Hər şeydən əvvəl suvarma problemi fermerləri çətin vəziyyətdə qoyur. Əkin sahələri sıradan çıxır. Qiymətlər də qənaətbəxş deyil. Hərçənd, Kənd Təsərrüfatı Nazirliyi son illər pambığa görə ödənilən məbləğin xeyli artırıldığını bildirir.

Pambıq istehsalına dair dövlət proqramının müddəti başa çatıb. Nə demək olar? Pambıqçılıqla bağlı konkret konsepsiya olmayıb və yoxdur. Ara yerdə heyvandarlıq ciddi zərər gördü. Ümumiyyətlə, indi kəndlinin əsas problemlərindən biri örüş sahələrinin zəbt edilməsidir. Pambıqçılıq siyasəti də məhz bu mənfi tendensiyaya xidmət göstərdi.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri