Icma.az
close
up
RU
Pan Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi: Qlobal Cənub tarix boyu ədalətsizliyə və istismara məruz qalıb

Pan Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi: Qlobal Cənub tarix boyu ədalətsizliyə və istismara məruz qalıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 aprel, AZƏRTAC

Qlobal Cənub tarix boyu sistematik ədalətsizliyə və istismara məruz qalıb. Təəssüf ki, iqlim dəyişikliyi bu bərabərsizliyi daha da dərinləşdirib. Beynəlxalq münasibətlər səhnəsində isə Qlobal Cənuba yönəlik xüsusi bir yanaşma, ədalətli bir baxış hələ də tam formalaşmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi Charles Peter Mwangi Nyambura aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Qlobal Cənubun zəngin potensialı davamlı şəkildə istismar olunur. Əksər ölkələr bu bölgənin qarşılaşdığı çətinliklərin fərqindədirlər. Lakin real dəyişiklik üçün atılan addımlar hələ də kifayət etmir.

“İqtisadi və sosial tədbirlərin gücləndirilməsi, eləcə də çoxtərəfli sazişlərin imzalanması və icrası bizim ortaq gələcəyimiz üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə, vətəndaş cəmiyyətlərinin bu sahədə oynadığı rol danılmazdır. Onların fəaliyyəti həm təzyiq mexanizmi yaratmaq, həm də marjinallaşdırılmış icmaların səsinin beynəlxalq səviyyədə eşidilməsinə imkan vermək baxımından böyük önəm daşıyır. Biz, təcrid olunmuş və çətin şəraitdə yaşayan icmaların yanında olmalı, onların haqq səsini ucalda bilmələri üçün dəstək göstərməliyik. Onların təcrübələri, ehtiyacları və çağırışları qlobal siyasət və qərarvermə prosesində əks olunmalıdır”, - deyə forum iştirakçısı bildirib.

Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi əlavə edib ki, Bakıda keçirilən bu forum isə məhz bu vacib məsələlərin müzakirə edilməsi və birgə həll yollarının axtarılması üçün mühüm bir platformadır. Burada aparılan debatlar və əldə olunacaq nəticələr gələcək üçün istiqamətverici rol oynaya bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri