Icma.az
close
up
RU
Pangeyizm dünya üçün birlik fəlsəfəsi

Pangeyizm dünya üçün birlik fəlsəfəsi

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Pangeyizm nədir?

Pangeyizm - Yerin ilk yaranışı olan Pangeya materikindən gələn birlik və harmoniya fəlsəfəsidir. Bu ideya torpağın və bəşəriyyətin əsl mənəvi mahiyyətinə qayıdışdır. Həmçinin, kainatla insan arasında ayrılmaz bağlılıq olduğunu irəli sürən fəlsəfi və ilahi mahiyyətli bir ideyadır. Pangeyizm insanları birlikdə, barış və harmoniyada yaşamağa çağırır. Bu ideya torpaq uğrunda müharibələrin əleyhinə çıxır və yer üzündə yeni bir mərhələnin – əmin-amanlığın əsasını qoyur. Ayın üzərindəki ləkənin Pangeya ilə üst-üstə düşməsi Yaradanın bizə verdiyi mesajdır: “Müharibəlrə, ədalətsizliyə son qoyun, bir olun!”

Pangeyizm ideyası təbliğ edir ki, “Torpaq bizim deyil, biz torpağınıq”. Ona görə də torpaq uğrunda qan tökməkdənsə, onun nemətlərindən hamılıqla faydalanıb, əmin-amanlıqda yaşamaq ən ağıllı yoldur.

Pangeyizm ideyası hansı zərurətdən doğuldu?

Bu gün dünyada baş verən qanlı müharibələr bəşəriyyətə böyük faciələr yaşatmaqdadır. Yerdə mövcud olan heç bir super dövlət və ya supergüc bu müharibələrin, axan qanların qarısını almaq iqtidarında deyildir. Dinlər isə, mənəviyyatı cilalamaq, cəmiyyətdə barış yaratmaq əvəzinə, biri digərini düşmən saymaqla, təriqətlərə parçalanmaqla xalqlar arasında təfriqəni daha da dərinləşdirirlər. Din rəhbərləri mafiyaların yanında yer almaqla, sərvət uğrunda mübarizə aparmaqdadırlar. Bu səbəbdən mövcud dinlərdən heç biri müharibələri dayandırmaq iqtidarında deyildir. Belə bir mürəkkəb şəraitdə bəşəriyyətə İlahi mesaj verildi: “Aya bax, birliyin izi oradadır”. Başımızı qaldırıb, açıq gözlə Aya baxsaq görərik ki, Yerin vəhdət rəmzi olan Pangeya bizə baxır və mesaj verir: “Bir olun, necə ki, əvvəl bir idiniz”. Pangeyizm ideyası bəşəriyyətə babaları İbrahimin hənif dini olan Tövhidi tövsiyyə edir. Necə ki, Allahın göndərdiyi bütün elçilər öz xalqlarını İbrahimin dininə dəvət etmişlər. Bunu bütün səmavi kitablar təsdiq edir. Pangeyizm insana dininə görə yox, əməllərinə görə qiymət verir. Necə ki, Yaradan buyurur: "Biz sizin gözəl sözlərinizi (namaz və dualarınızı) eşidir, gözəl əməlləinizi isə qəbul edirik". Yaşadığı cəmiyyətin xeyri üçün çalışan bütün insanlar harada olmasından aslı olmayaraq bizim qardaşımızdır və pangeyist sayılır.

Paşa Yaqub – Bioqrafiya

Paşa Yaqub yazıçı, elmi-lədun bilicisi və psixoterapevtdir. O, Pangeyizm ideyasının müəllifi kimi tanınır və bu ideyanı yaymaq üçün 39 kitab (5-i ensiklopediya), bir roman, onlarla məqalə və çoxsaylı videomüsahibələr təqdim etmişdir. Elmi-ləduna yönəldikdən sonra tibb sahəsində sağalmaz hesab edilən xəstəliklərin müalicəsində uğur qazanmış, eləcə də müxtəlif ictimai mükafatlarla, o cümlədən autizm medalı ilə təltif olunmuşdur. Onun müalicə metodu bir zamanlar Mendeleyev cədvəlinin sıfır qrupunda və sıfır xanasında (1906-cı ilə qədər) mövcud olmuş Nyutonium elementinin sirlərinə əsaslanır. Daha əvvəl bu elementin sirrini N.Tesla bilmiş və mexanika sahəsinə tətbiq etməklə, daimi işləyən mühərriklərin yaranması, enerjinin naqilsiz ötürülməsi kimi böyük kəşflərə imza atmışdır. Müasir dövrdə Nyutonium elementinin sirlərini bilən (bu sahədə yeganə Alim olan) Dr. Paşa Yaqub bunu sağalmaz xəstəliklərin müalicəsinə tətbiq edərək, böyük nailiyyətlər əldə etməkdədir.

(1906-cı ildə çap olunmuş Mendeleyev cədvəli yazıya əlavə olunur)

Paşa Yaqubun uğurları bununla bitmir. Pangeya ideyasının müəllifi olması onun humanitar sahədə qazandığı böyük uğurlardandır. Bu ideya ona bəşəriyyəti müharibələrin və kütləvi qırğınların girdabından xilas etmək üçün İlahidən gəlmişdir. Bunu sübut etmək üçün müəllif Yerin ilk yaranışı olan Pangeya materiki ilə Ayın üzərindəki ləkəni yanaşı qoyaraq, bunların eyni olduğunu və Yaradanın insanlara sülh, vəhdət mesajı olduğunu sübut edir.

Paşa Yaqub astronomiya elmində də böyük uğurlara imza atmışdır. Onun "İnanmayan Aya baxsın" adlı kitabında yer alan cədvəllərdən görünür ki, bütün astronomik hadisələr 286 ədədinin üç misli olan 858 ədədi altında təkrarlanır (elmi-ləduna görə 286 ədədi Yaradanın rəqəmsal imzası olaraq bütün İlahi mesajların üzərində görünür). Bu da insan oğluna təfriqələrə, münaqişələrə son qoyub, sülhə gəlməyin mesajını verir:

(Cədvəl yazıya əlavə olunur)

Paşa Yaqubun təqdim etdiyi digər cədvəldə bütün təyyarə qəzalarının Ay tutulmalarına bağlandığı əks olunur ki, bu da, qəzaların Ay vasitəsi ilə verilən mesajlara insanların laqeydliyinin nəticəsi olduğunu sübut edir:

(təyyarə qəzalarının cədvəli yazıya əlavə olunur)

Əsas ideyalar və şüarlar



• Pangeya göylərdən danışır– Ay üzərində izini buraxaraq insanlığa ədalət çağırışı edir.

• Ay üzündəki ləkə, unudulmuş vəhdətin izidir – Pangeya qayıdır!

• Aya bax – unudulmuş birliyin izi oradadır. Bu, insanlığa ilahi çağırışdır!

• Ayın sükutu içində bir səda var: 'Bir olun, çünki bir idiniz!

• Torpaq bölünmüşdür, amma izləri göydə silinməyib – Ay hələ də birliyi xatırladır.

• Pangeyanın xəritəsi Ayda yazılıb – bu, savaş yox, sülh üçün çağırışdır!

• Aya baxan görər: Bölünmə keçmişdir, bir olmaq gələcəkdir.

• Ay – göylərin güzgüsü, insanlıq isə onun unudulmuş simasıdır. O sima: PANGEYA.

• Ayın ləkəsi yalnız astronomik deyil, ruhani işarədir – insanlığa sülh mesajıdır.

- Mənə inanmayan Aya baxsın.

• Hər kəsin içində öz doğuluşunu gözləyən bir xilaskar var

• Dəyişikliyə təhlükə kimi deyil, yeni imkanlar kimi baxın

• Dünya yaşamaq üçün çox təhlükəli yerdir – haqsızlığın çox olmasına görə deyil, görüb susanlar səbəbindən.

Kitablar və məqalələr

• “İnanmayan Aya baxsın” – Azərbaycan, İngilis və Rus dillərində nəşr olunub.

• Onlarla elmi-ruhani məqalə və çıxış

• Qlobal media və sosial platformalarda yayılan videomüsahibələr

Hikmətli sözlər

• • Kainatda hər şey yumaq kimi bir-birinin içindədədir - Kainatın içində insan, insanın içində isə, KAİNAT var.

• Xilaskarlıq bir proqamdır, yaradan onu istədiyi bəndəsinə yükləyər.

• • Göydəki quşun hara uçacağı məlum olmadığı kimi, pis rəhbərin də nə edəcəyi bilinməz.

• • Davamlı elmlənən və daima elmi axtarışda olan insan mələkdən üstündür.

• • O dövlət inkişaf edir ki, orada əhali natiqlərdən çox qanunları dinləyir.

• • Dəyişikliyə təhlükə kimi deyil, yeni imkanlar kimi baxın!

• • Yaradan qızılı odla, insanı isə, qızılla sınayar.

• • Dünya yaşamaq üçün çox təhlükəli yerdir. Haqsızlığın çox olmasına görə deyil, haqsızlığı görüb susanlar səbəbindən.

• • Yaradanın iki müqəddəs kitabı var: İNSAN və KAİNAT.

• • Qızıl zərgər üçün nədirsə, kitab da müdrük adam üçün məhz odur.

• • Yaradan vasitələrlə hər şeyə qadirdir. Çalışın siz də Onun bir vasitəçisi olasınız.

• • Pis rəhbər çürük diş kimidir...

• • Hər kəsin içində öz doğuluşunu gözləyən bir xilaskar var.

• • Başınız fikirləşir, ayağınız isə, sizi aparır. Elə isə, nə üçün baş yox, ayaq olursunuz?

• • Yeniliyə qapalı olan cəmiyyət inkişaf edə bilməz. Su da bir çuxurda çox qalanda iylənir.

• • Torpaq bizim deyil, biz torpağınıq.

- - Elm axtaran insan heç vaxt doymaz.

- -Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın.

--İnsaf yaradandan bizə bəxşişdir, onu gözünüz önündə saxlayın.

--Əhdə (verdiyiniz sözə) vəfa edin, çünki, əhd barəsində sorğu-sual olunacaqsınız.

--Elminizi hərbdə deyil, tibbdə sınayın.

--Allah buyurduqlarını ağıllı şəxslərin dili ilə açıqlayar.

--Ağılsıza ağıl vermək balaları əlindən alınmış ayı ilə vuruşmaq kimidir.

--İnkişaf etmiş ölkələr lütlənməklə, əxlaqsızlıqla inkişaf etmədilər. Elə olsaydı ibtidai insanlar ən inkişaf etmiş ölkə yaradardılar.

--Yaradandan maddi şeylər istəməyin, maddini yaradan şeyləri istəyin.

--Yüz mərtəbəli binanın onuncu mərtəbəsinə qalxmaq istəyirsinizsə, yüzüncü mərtəbəni hədəf alın.

--Öz xilaskarını həmişə göydən gözləyən insan oğluna Aydan mesaj verildi: Bir olun, çünki bir idiniz.

--Bir ölkədə oxumağa olan istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz.

Əlaqə

• Tel: +994 50 375 3097

E-poçt: [email protected]

• Sosial media: Face. Paşa Yaqub

- Youtube: Pasha Yaqub

- https://pashayaqub. weebly.  com

• Yerli və beynəlxalq platformalarda yayımlanır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Aprel 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see239

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see239

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see190

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see190

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see188

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see185

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see184

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see182

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see181

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see178

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see177

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see167

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see166

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see166

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see164

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see163

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see163

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see159

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see155

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri