Icma.az
close
up
RU
Bir əsrlik elmi irsin və türk dünyasının birlik fəlsəfəsi

Bir əsrlik elmi irsin və türk dünyasının birlik fəlsəfəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Türk xalqlarını yaxınlaşdıran amillər sırasında ortaq dil, tarix, mədəni irs və mənəvi yaddaş xüsusi əhəmiyyət daşıyır. Minilliklər ərzində formalaşan əlaqələr müxtəlif siyasi şəraitə baxmayaraq öz davamlılığını qoruyub saxlayıb. XX əsrin əvvəllərində türkoloji elmin yüksəlişi həmin yaxınlığın elmi müstəvidə sistemləşdirilməsi istiqamətində yeni mərhələnin başlanğıcına çevrildi. Fərqli ölkələrdən olan tədqiqatçılar ortaq problemlərin araşdırılması, elmi fikir mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq modelinin müəyyənləşdirilməsi məqsədilə vahid platformaya ehtiyac duyurdular.

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay məhz belə tarixi zərurətdən doğdu. Qurultayın gündəliyinə türk dillərinin müqayisəli araşdırılması, latın qrafikalı ortaq əlifba layihəsinin müzakirəsi, elmi terminologiyanın uyğunlaşdırılması, dialektlərin öyrənilməsi, folklor nümunələrinin toplanması, yazılı irsin qorunması, tarix və etnoqrafiya sahələrində aparılan tədqiqatların əlaqələndirilməsi kimi mühüm məsələlər daxil edilmişdi. Elmi müzakirələr türkoloji araşdırmalar üçün metodoloji istiqamət müəyyənləşdirdi, müxtəlif elmi məktəblər arasında fikir mübadiləsini sürətləndirdi, ortaq intellektual məkanın formalaşmasına güclü təkan verdi.

Qurultayın irəli sürdüyü yanaşmalar sonrakı onilliklər ərzində türk xalqları arasında elmi, mədəni və mənəvi münasibətlərin inkişafına təsir göstərdi. Müasir dövrdə müşahidə olunan inteqrasiya prosesləri, ortaq layihələrin həyata keçirilməsi, humanitar əlaqələrin genişlənməsi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın dərinləşməsi həmin elmi irsin yaşadığını göstərən mühüm faktlar sırasındadır.

Azərbaycan türk dünyasının yaxınlaşmasına yönələn təşəbbüslərin ardıcıl iştirakçısı kimi çıxış edir. Elmi forumların təşkili, ortaq mədəni layihələrin həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tarixi irsin qorunmasına yönələn proqramların dəstəklənməsi ölkənin strateji yanaşmasının əsas istiqamətlərini təşkil edir. Bir əsr əvvəl Bakıdan yüksələn elmi çağırış çağdaş mərhələdə qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli əməkdaşlığa söykənən inkişaf modelinin mühüm nəzəri dayaqlarından biri kimi aktuallığını qoruyur.

Türk dünyasının gələcəyi ortaq siyasi iradə ilə yanaşı, mədəni yaxınlığın davamlı şəkildə zənginləşdirilməsindən asılıdır. Dil, ədəbiyyat, tarix, folklor və milli yaddaş xalqları eyni mənəvi məkan ətrafında birləşdirən başlıca dəyərlər sırasındadır. Məhz həmin zəmin qarşılıqlı etimadı möhkəmləndirir, inteqrasiyaya uzunmüddətli xarakter qazandırır.

Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikri dövlətlərarası münasibətlərə verilən siyasi qiymətlə məhdudlaşmır. Eləcə də səslənən yanaşma ortaq taleyə, ortaq məsuliyyətə və gələcəyə söykənən strateji baxışın ifadəsidir. Türk dövlətləri arasında həyata keçirilən hər bir mədəni layihə, elmi təşəbbüs, təhsil proqramı və humanitar əməkdaşlıq həmin baxışın praktik müstəvidə gerçəkləşməsinə xidmət edir.

Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunan Türk Dünyası Həftəsi tarixi yaddaşın yenidən elmi dövriyyəyə qaytarılması, qurultayın ideya irsinin geniş auditoriyaya çatdırılması, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və türk xalqları arasında intellektual əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Bu baxımdan Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli  Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı mühüm siyasi, elmi və mədəni hadisə kimi qəbul olunmalıdır. Sərəncam türkoloji elmin inkişafına göstərilən dövlət qayğısını, Birinci Türkoloji Qurultayın tarixi irsinə verilən yüksək dəyəri, milli-mənəvi sərvətlərin qorunmasına yönələn ardıcıl siyasəti və türk dünyasının ortaq elmi yaddaşının yaşadılmasına verilən önəmi ifadə edir. Yubileyin dövlət səviyyəsində qeyd olunması bir əsr əvvəl Bakıda əsası qoyulan elmi həmrəyliyin yeni nəfəs qazanmasına, ortaq tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə, türk dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsinə xidmət edən mühüm tarixi hadisə, bir əsrlik elmi irsin və türk dünyasının birlik fəlsəfəsinin təntənəsi kimi yadda qaldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri