Icma.az
close
up
RU
Panik atak yaylmış nevroloji pozulma. Simptomları və müalicəsi

Panik atak yaylmış nevroloji pozulma. Simptomları və müalicəsi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Panik atak çox yayılmış nevroloji pozulmadır. Statistikaya görə, insanların 6-8%-i nevrozun bu növündən əziyyət çəkir.

Panik atak əsasən çox həssas, sinir sistemi zəif olan insanlarda inkişaf edir. Bu pozulma hər yaşda başlaya bilər, ən çox 20-35 yaşları arasında başlayır. Qadınlarda kişilərə müqayisədə 2-3 dəfə çox olur.

Panik atakın əlamətləri:

- Sinə ağrısı və ya sinədə sıxılma hissi

- Nəbzin tezləşməsi, taxikardiya

- Tərləmə

- Güclü təngnəfəslik, boğulma hissi

- Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma

- Üşümə və ya əksinə istilik hissi

- Ürəkbulanması, qarın ağrısı

- Bədəndə titrəmə hissi

- Özünü və ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə

- Güclü ölüm, iflic keçirmə, dəli olma qorxusu.

Panik atak ani başlayır, get-gedə şiddətlənir, çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir. Bir neçə dəfə bu vəziyyətdə olan insan panik atakın təkrarlanmasından qorxmağa başlayır, onun yaxınlaşmasını hiss edir, daim narahat, əsəbi olur, qorxur, depressiyaya düşür. Xəstələyə elə gəlir ki, o, dəli olmağa başlayıb.

Bir çox hallarda xəstələr panik atakdan sonra həkim-həkim gəzməyə başlayır, müxtəlif müayinə və analizlərdən keçir. Əksər hallarda analizlər və müayinələr heç bir pozulmanı göstərmir. Xəstə ürəyində və ya beynində "təhlükəli xəstəliyin" olduğuna, ancaq həkimlərin bunu heç cür tapa bilmədiyinə inanmağa başlayır. Bu vəziyyət xəstəni çox üzür.

Bəzən həkimlər tərəfindən səhv diaqnoz qoyulur. Bu zaman xəstə antibiotik, təzyiq və ürək dərmanları, vitamin və s. dərmanlarla müalicə edilər, ancaq müalicə heç bir effekt vermir.

Xəstələrin 60%-dən çoxu panik atakın gələcəyi yer və vəziyyətlərdən qaçmağa başlayır. Tək evdə qala bilməzlər, küçəyə tək çıxa bilməzlər, avtobus, gəmi,metro kimi nəqliyyat vasitələrinə, liftə minə bilməzlər, dar küçədən ya da körpülərdən keçə bilməzlər, bazar, böyük mağazalar kimi izdihamlı yerlərə girə bilməzlər. Xəstələrin, tək olarsa panik atak keçirəcəyini zənn etdikləri yerlərə gedə bilməməsi, o növ yerlərdə qala bilməməsi vəziyyətlərinə "aqrofobiya" deyilir.

Diaqnostika

Panik atakın diaqnozunu qoymaq üçün digər bu simptomlara səbəb ola bilən xəstəlikləri (ürək xəstəlikləri, qalxanvari vəzi fəaliyyətində pozulmalar, qanazlığı, epilepsiya və s.) istisna etmək lazımdır. Bunun üçün xəstəyə ümumi qan analizi, qalxanvari vəzi hormonlarının analizləri, kardioloji və nevroloji müayinələr və s. təyin edilir.

Müalicə

Panik atakın müalicəsi ilə pxixoterapevt məşğul olur. Panik atak olanlar üçün ən uyğun müalicə üsulu dərman müalicəsi və psixoterapiyanın birlikdə icra edilməsidir.

Panik atakdan əziyyət çəkən insanlar psixoloji rahat şəraitdə yaşamalı, streslərdən uzaq olmalı, kifayət qədər yatmalı və dincəlməli, fiziki aktiv olmalı, normal qidalanmalıdır.

Xüsusi nəfəsalma gimnastikası da yaxşı kömək edir.

Panik hücumu əsnasında insanların öldüklərinə, havalandıqlarına ya da davranışlarının nəzarət altından çıxdığına dair heç bir tibbi məlumat yoxdur. Bu səbəblə panik atak keçirdiyiniz zaman bunun ölümcül olmadığını, havalanmağa gətirib çıxarmayacağını, hiss etdiyiniz narahatlığın keçəcəyini düşünməlisiniz.

Mənbə: psixologiya.net


Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri