Paolo Maldini Nikolas Maduronun saxlanılaraq ABŞ yə aparılmasına münasibət bildirib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Milan”ın sabiq futbolçusu Paolo Maldini Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilərək ABŞ-yə aparılmasına reaksiya verib.
İdman.Biz xəbər verir ki, 57 yaşlı əfsanəvi futbolçu fikirlərini öz sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında “27 illik diktaturadan sonra Venesuela azaddır” cümləsini yazıb.
P.Maldininin bu açıqlaması qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, sabiq futbolçunun Venesuela vətəndaşlığı var. Paolo Maldini Venesuelada doğulan keçmiş model Adriana Fossa ilə evlidir və onların övladları həm İtaliya, həm də Venesuela vətəndaşlığına malikdirlər.
Bu mövzuda digər xəbərlər:ABŞ Nikolas Maduronun andiçmə mərasimini TANIMADI
10 Yanvar 2025 20:33
Oğlu Nikolas Maduronun gələcəyindən danışıb
05 Yanvar 2026 23:48
Nikolas Maduronun dərhal azad edilməsi tələb edilir FOTO
06 Yanvar 2026 17:03
Paolo Maldinidən Nikolas Maduro paylaşımı Şəkil
05 Yanvar 2026 14:07
Lukaşenko: “Dostum Nikolas Maduronun Belarusa səfərinin vaxtı çatıb”
25 Noyabr 2025 23:57
Baxış sayı:115
Bu xəbər 05 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















