“Papa John’s” səhmləri 20% ə yaxın ucuzlaşıb Apollo şirkəti şəbəkəni almaqdan imtina edib
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
“Papa John’s” şirkətinin səhmləri çərşənbə axşamı təxminən 20% dəyər itirib.
Marja xəbər verir ki, bu, “Apollo Global” investisiya şirkətinin pizza şəbəkəsini özəlləşdirmək təklifini geri çəkməsi barədə yayılan məlumatdan sonra baş verib.

“Reuters”in xəbərinə görə, özəl kapital şirkəti təxminən bir həftə əvvəl hər səhm üçün 64 dollar dəyərində qiymətləndirilən təklifini geri götürüb. Məlumata əsasən, “Apollo” bu təklifi daha əvvəl “Irth Capital Management” şirkəti ilə birlikdə vermişdi.
Həm “Apollo Global”, həm də “Papa John’s” məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.
Qeyd edək ki, “Papa John’s” cümə axşamı üçüncü rübün maliyyə hesabatını açıqlamağa hazırlaşır. Şirkətin səhmləri son bir ildə təxminən 30% dəyər itirib.
Baxış sayı:113
Bu xəbər 04 Noyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















