Icma.az
close
up
RU
“ParaBOKT” ASC dən ƏSF yə ötürülmüş kredit portfeli üzrə ödəniş üsulu imkanları genişləndirilib

“ParaBOKT” ASC dən ƏSF yə ötürülmüş kredit portfeli üzrə ödəniş üsulu imkanları genişləndirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“ParaBOKT” ASC-nin kredit portfelinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ötürülmüş hissəsi üzrə ödəniş üsulu imkanları genişləndirilib. Bu portfelə aid olan borcalanlar kredit ödənişlərini ölkə üzrə geniş xidmət şəbəkəsinə malik “MilliÖn” ödəniş terminalları və mobil tətbiqi vasitəsilə də həyata keçirə bilərlər.

Ödəniş infrastrukturunun genişləndirilməsi borcalanlara göstərilən xidmətlərin daha əlçatan, rahat və çevik şəkildə həyata keçirilməsinə şərait yaradır. Qeyd edək ki, “MilliÖn” ödəniş sistemi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edən terminallar şəbəkəsinə və mobil tətbiqə malikdir. Bu imkanlar borcalanlara kredit ödənişlərini həm terminallar vasitəsilə, həm də onlayn platforma üzərindən günün 24 saatı, həftənin 7 günü, istənilən yerdən rahat və növbəsiz şəkildə həyata keçirməyə şərait yaradır.

Məlumat üçün bildiririk ki, ödənişlərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

·        “MilliÖn” terminalında və ya mobil tətbiqdə bölməsinə daxil olun;

·        Siyahıdan Əmanətlərin Sığortalanması Fondunu – ADİF subbölməsini seçin;

·        Müvafiq xanaya FİN kod və ya VÖEN daxil edin;

·        Siyahıdan “ParaBOKT” ASC-ni seçin (habelə hesabınızı);

·        Ödəniş məbləğini təsdiqləyərək əməliyyatı tamamlayın.

Borcalanlar bilməlidir ki, “MilliÖn” vasitəsilə edilən ödənişlər real vaxt rejimində sistemdə əks olunur, bu da ödəniş prosesinin sürətli və etibarlı şəkildə icra edilməsinə imkan verir.

Əlavə olaraq qeyd edək ki, “ParaBOKT” ASC-nin sözügedən borcalanları kredit ödənişlərini “Azərpoçt” MMC-nin ölkə üzrə xidmət şəbəkəsi vasitəsilə də həyata keçirə bilərlər. Belə ki, “Azərpoçt” filial və şöbələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər

Əmanətlərin Sığortalanması Fondu “ParaBOKT” ASC-nin həmin borcalanları üçün göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də ödəniş üsulu imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri