Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

PARAD BİTDİ, SAVAŞA DAVAM... ABŞ Kiyevə kütləvi raket hücumu barədə xəbərdarlıq edir

PARAD BİTDİ, SAVAŞA DAVAM... ABŞ Kiyevə kütləvi raket hücumu barədə xəbərdarlıq edir

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

9 may Qələbə paradını müharibə paradına və özünün beynəlxalq izolyasiyadan çıxdığının nümayişinə çevirən Vladimir Putin yaxın günlərdə Ukraynaya qarşı kütləvi raket hücumuna hazırlaşır.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Ukraynadakı səfirliyi bununla bağlı xəbərdarlıqla çıxış edib.

Səfirlik mayın 9-da axşam saatlarında Ukraynadakı ABŞ vətəndaşlarını “yaxın bir neçə gün ərzində” böyük hava hücumu riski ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

ABŞ səfirliyi açıqlamasında "yaxın bir neçə gün ərzində istənilən vaxt baş verə biləcək potensial güclü hava hücumu haqqında məlumat aldığını" bəyan edib: "Səfirlik, həmişə olduğu kimi, ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı halında dərhal sığınacaq axtarmağa hazır olmağı tövsiyə edir".

Səfirlik həmçinin Ukraynadakı Amerika vətəndaşlarına bomba sığınacağı tapmaq, hava hücumu sirenlərini izləmək, qida və su təchizatı da daxil olmaqla tövsiyələrin siyahısını təqdim edib.

Bu xəbərdarlıq Vladimir Putinin 9 mayla bağlı elan etdiyi “üç günlük atəşkəs”in sona çatdığı vaxta təsadüf edir. Həmçinin, göstərir ki, aparılan danışıqlara, “gah nala, gah mıxa vuran” Donald Trampın optimist bəyanatlarına baxmayaraq, dəyişən heç nə yoxdur, savaş tam gücü ilə davam edir. Rusiyanın isə “yay hərbi kampaniyasına” hazırlıqlar gördüyü barədə məlumatlar var.

Qeyd edək ki, bu günlər ərzində cəbhədə döyüşlər nisbətən səngisə də, tam atəşkəs müşahidə olunmayıb və Rusiya çoxsaylı hücumlarını davam etdirib. Həmçinin, hələ paraddan əvvəl Kreml rəsmiləri Kiyevi “Oreşnik”lə vuracaqları barədə xəbərdarlıqlar ediblər. ABŞ səfirliyinin açıqlaması göstərir ki, Rusiya parad bitəndən sonra və Çin sədri başda olmaqla, yüksək rütbəli qonaqlar gedər-getməz Ukraynada hərbi əməliyyatları daha da gücləndirmək və Ukraynanın dinc şəhərlərinə kütləvi bombardmanları, raket zərbələrini bərpa etmək fikrindədir. Xüsusilə də Ukrayna PUA-larının parad ərəfəsində Moskvaya yaşatdığı kollaps sözsüz ki, Putini daha da “qəzəbləndirib”...

Bu arada onu da qeyd edək i, Putinin keçirdiyi hərbi parad İkinci Dünya müharibəsində böyük itkilər vermiş, məhrumiyyətlərə düçar olmuş, buna rəğmən Hitler faşizminə öz qanı bahasına qalib gəlmiş keçmiş SSRİ xalqlarının şərəfinə və xatirəsinə həsr olunan tədbir statusundan çoxdan çıxıb və daha çox Putinin siyasi maraqlarına xidmət edir. Paradda faşizm üzərində qələbəyə böyük ölçüdə aidiyyatı olmayan kommunist Çininin liderinin və 1941-1945-ci illərdə milyonlarla qurban vermiş Ukraynaya qarşı bu gün döyüşən Şimali Koreyanın hərbçilərinin, generallarının mərkəzi fiqurlara, ən hörmətli qonaqlara çevrilməsi, eləcə də Afrikanın “banan respublikaları”nın liderlərinin iştirakı ümumiyyətlə, nonsens, targikomik təsir bağışladı...

Bu parad eyni zamanda, Ukraynadakı işğalçılıq müharibəsinin legitimləşdirilməsi cəhdlərinin tərkib hissəsi oldu. Putin paraddakı çıxışında 1941-1945-ci illərdə SSRİ xalqlarının yaşadığı faciələri bir tərəfə qoyub, hazırda Kremlin “SVO” adlandırdığı Ukraynada davam edən işğalçılıq müharibəsinə haqq qazandırmaqla, onun iştirakçılarının “qəhrəmanlığından” danışmaqla məşğul oldu. Tədbirə qatılan xarici ölkə liderləri isə həmin işğalçılıq müharibəsində hərbi cinayətlər, mülki vətəndaşlara qarşı qətliamlar törətmiş, əsirləri güllələdikləri faktlarla sübuta yetirilmiş “Rusiya qəhrəmanları” ilə eyni tribunanı bölüşdülər. Putin bir növ tədbirə çağırdığı qonaqları da özünün çirkin işğalçılıq siyasətinin predmetinə çevirmiş oldu..

Ancaq onu da xatırladaq ki, Kremlin hələ 2022-ci ilin fevralında əsas planlarından biri elə həmin il 9 may paradını Kiyevin mərkəzindəki Xreşatik küçəsində keçirmək idi. Müharibənin dördüncü ili gedir, rus qoşunları hələ də Kiyevin həndəvərinə belə yaxınlaşa bilmir və ondan yüzlərlə kilometr uzaqlıqdakı bataqlıqlarda çapalayır...

C.Məmmədov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri