Parisdə telekanalın qərargahına hücum edilib, 21 nəfər saxlanılıb
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransanın paytaxtı Parisdə yerləşən CNews telekanalının mənzil-qərargahına maskalı şəxslər hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, BFMTV-nin hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 07:00 radələrində baş verib. Binanın yaxınlığında toplaşan təxminən 100 nəfər girişdəki dayanacağa gedən yolu bağlayıb və əraziyə müxtəlif əşyalar atmağa başlayıb.
Məlumata əsasən, hücum zamanı binanın pəncərələri sındırılıb. Hadisə yerinə gələn polis əməkdaşları 21 nəfəri saxlayıb.
Qeyd olunur ki, hücuma məruz qalan binada digər media qurumu olan Europe 1 radiostansiyasının ofisləri də yerləşir.
Xatırladaq ki, oktyabrın əvvəlindən Fransada məktəblilərin və şagirdlərin etiraz aksiyaları keçirilir. Məlumatlara görə, ölkə üzrə 375 orta məktəbin fəaliyyəti dayandırılıb. Etirazlar və nümayişlər zamanı azı 215 şagirdin, 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşının və təxminən 100 təhsil işçisinin xəsarət aldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















