Icma.az
close
up
RU
Parisə qayıdış necə olacaq?

Parisə qayıdış necə olacaq?

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya cüdosunda yeni mövsüm Parisdə start götürür.

İdman.biz xəbər verir ki, bu gün Fransanın paytaxtında qeyri-rəsmi olaraq kiçik dünya çempionatı adlandırılan "Böyük Dəbilqə" turniri başlayıb.

Paris-2024 olimpiadasının bəzi iştirakçıları da eyni məkanda ilin ilk yarışında medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan komandası üçün Paris səfəri daha çox sınaq xarakteri daşıyır. Çünki komanda uzun yola hazırlaşır və mövsümün əvvəlində çoxları hələ ən yaxşı formalarından uzaqdırlar. Bundan başqa, cüdoçular iki həftə sonra ölkəmizdə keçiriləcək "Böyük Dəbilqə" yarışını da unutmurlar.

Hər halda heyətdə həm təcrübəli idmançıların, həm də beynəlxalq arenanın debütantlarının olmasını nəzərə alsaq, Fransada xoş sürprizlər gözləmək mümkündür. Məsələn, Hüseyn Allahyarov (60 kq) ötən il U-23 Avropa çempionatının qalibi və ölkə çempionu olub, indi də Parisdə debüt edəcək. Elit yarışlarda təcrübə qazanmış "Böyük Dəbilqə" mükafatçıları Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəblinin (81 kq) çıxışı da maraqla gözlənilir.

Hazırkı heyətdən Paris olimpiadasında iştirak etmiş yeganə idmançı Uşanqi Kokauridir (+100 kq). O, Fransadakı "Böyük Dəbilqə" yarışlarında iki dəfə fəxri kürsüyə qalxaraq gümüş və bürünc medallar qazanıb. Yeri gəlmişkən, ötən il bu turnirdə komandamız Zelim Tskayev (81 kq) və Elcan Hacıyevin (90 kq) sayəsində hesabına iki gümüş medal yazdırmışdı. Sonuncu zədədən sonra bərpa dövrü keçir, Zelimi isə Bakıda keçiriləcək "Böyük Dəbilqə"də görmək olacaq.

Şübhəsiz, Parisdə yarışın əsas favoritləri ənənəvi olaraq evdə güclü çıxış edən yerli cüdoçular hesab olunur. 35 idmançının qatılacağı 73 kq ən populyar çəki dərəcəsidir. Belçikalı Mattias Kasse (81 kq) isə iştirakçılar arasında ən yüksək reytinqə malikdir.

Qeyd edək ki, Parisdə 50 ölkədən ümumilikdə 298 cüdoçu qələbə uğrunda mübarizə aparacaq.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri