Parisin hərəkəti Moskvanı qəzəbləndirdi: İzahat tələb edildi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Fransanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Nazirliyin əməkdaşı Fransada aeroportda saxlanılıb, onun telefonu və kompüteri götürülüb. Bundan sonra biz Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik. Həmçinin Parisdən izahat tələb etdik”, – o bildirib.
Qeyd edək ki, hadisə aprelin 6-da baş verib. Xarici İşlər Nazirliyinin saxlanılan əməkdaşı Rusiyadan gələn rəsmi nümayəndə heyətinin tərkibində olub.
Zaxarovanın sözlərinə görə, Fransa tərəfi rusiyalı diplomata vaxtında viza verməyib. Sərhədçilər heç bir izahat vermədən ondan kompüter və telefon müsadirə ediblər.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















