Parker kosmik gəmisi Günəşə ən yaxın uçuşunu uğurla həyata keçirdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) Günəşi daha yaxından tədqiq etmək üçün hazırladığı "Parker Solar Probe" kosmik kəşfiyyat vasitəsi ulduza ən yaxın mövqeyə uğurla çatdı və öz sürət rekordunu qıraraq tarix yazıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın internet saytındakı açıqlamaya görə, "Günəş Kəşfiyyatçısı" olaraq da bilinən "Parker" vasitəsi, Günəşin səthinə 6,1 milyon kilometr yaxınlaşaraq ulduza ən yaxın uçuşunu müvəffəqiyyətlə tamamlayıb.
Açıqlamada roverin Günəş atmosferində saatda 700 min kilometr sürətlə hərəkət edərək öz sürət rekordunu qırdığı bildirilib.
NASA Parker kosmik aparatı ilə Günəşin atmosferini və günəş küləklərinin mənbəyini tədqiq edərək ulduzun maqnit sahəsini və plazma dinamikasını və onların Günəş sisteminə təsirini daha yaxşı başa düşməyi hədəfləyir.
Qeyd edək ki, 2018-ci ilin avqustunda orbitə buraxılan "Parker", 27 sentyabr 2023-cü ildə Günəşdən 7,26 milyon kilometrə yaxınlaşdığı zaman 17-ci yaxın orbitində saatda 635 min kilometrdən çox sürətlə hərəkət edərək ən sürətli süni obyekt adını qazandı. .
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















