Icma.az
close
up
RU
Parlament komitəsində mühüm müzakirə Məmurların və deputatların iştirakı ilə ictimai dinləmə keçirildi

Parlament komitəsində mühüm müzakirə Məmurların və deputatların iştirakı ilə ictimai dinləmə keçirildi

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müzakirəyə çıxarılan bu qanun layihəsi yalnız normativ hüquqi sənəd deyil, o, vətəndaşların gündəlik həyatına, sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən strateji əhəmiyyətli sənəddir. İstilik enerjisi, xüsusilə də payız-qış mövsümündə insanların həyat keyfiyyətini və yaşayış şəraitini müəyyən edən əsas elementlərdən biridir. Bu baxımdan istilik təchizatı məsələsi ölkə üçün prioritet istiqamətlərdən sayılır.”

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İstilik təchizatı haqqında” Qanun layihəsinə həsr olunmuş ictimai dinləmədə adıçəkilən komitənin sədri Sadiq Qurbanov bildirib.

Millət vəkili bildirib ki, qanun layihəsi müasir yanaşmalar əsasında hazırlanmış və istilik enerjisinin istehsalı, paylanması, satışı və istehlakına dair hüquqi, iqtisadi və təşkilati əsasları tənzimləməyi hədəfləyir. Onun sözlərinə görə, layihədə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu, bərpa olunan enerji mənbələrinin stimullaşdırılması və enerjidən səmərəli istifadə məsələləri xüsusi yer tutur. “Bununla yanaşı, sahibkarların iştirak etdiyi tikinti sektorunun ehtiyacları da qanunun tənzimləmə predmetində nəzərə alınıb”, – o əlavə edib.

Deputat vurğulayıb ki, layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə dövlət və özəl sektor arasında funksional əməkdaşlıq, texniki tələblərin standartlaşdırılması və bazar mexanizmlərinin tətbiqini nəzərdə tutur. O qeyd edib ki, qanun layihəsi aşağıdakı əsas prinsipləri rəhbər tutur:

-İstilik təchizatının etibarlılığı və təhlükəsizliyi;

-İdarəetmədə şəffaflıq və effektivlik;

-İstehsalçı, paylayıcı, satıcı və istehlakçılar arasında hüquqi balans;

-Bərpa olunan enerji mənbələrindən istifadə və enerji effektivliyi;

Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik;

-İnvestorların və iş adamlarının təşviqi, inhisarçılığın məhdudlaşdırılması və rəqabət mühiti.

S. Qurbanovun sözlərinə görə, qanun layihəsi Komitədə və plenar iclasda gözlənildiyi kimi ciddi müzakirə predmetinə çevrilib: “Milli Məclis tərəfindən iclasda qaldırılan suallar əsasən istilik enerjisindən istifadə, bu sahədə mövcud statistika, texniki tənzimləmələr, qanun layihəsinin tətbiqi ilə bağlı praktiki nəticələr və hüquqi mexanizmlərlə bağlı olub. İstilik və isti suyun ölçülməsi üçün istifadə ediləcək sayğacların texniki xüsusiyyətləri, ödənişlərin necə hesablanacağı, mərkəzləşmiş sistemə qoşulmanın proseduru, eləcə də fərdi sistemlərin gələcək hüquqi statusu kimi məsələlər aydınlaşdırılıb. Eyni zamanda, fərdi evlərin şəbəkəyə qoşulması imkanı, çoxmənzilli binalarda layihələndirmə zamanı istilik sistemlərinin düzgün qurulmamasının doğurduğu problemlər və bu sahədə özəl sektor üçün yaradılacaq investisiya imkanları ilə bağlı məsələlərə də toxunulmuşdur. Bütün bu sualların məqsədi qanun layihəsinin tətbiq mexanizmlərinin ictimai baxımdan aydınlaşdırılması və praktiki effektivliyinin təmin olunmasıdır”.

Millət vəkili qeyd edib ki, müzakirələrdə qanunun mövzusu, yəni hüquqi aspektləri ilə yanaşı, çoxsaylı problemlər də səslənib. Onun sözlərinə görə, məsələnin yüksək ictimai aktuallığını nəzərə alaraq, Milli Məclis Sədri, hörmətli professor Sahibə Qafarova bu məsələyə dair ictimai dinləmənin təşkil edilməsini tövsiyə edib: “Bu gün Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində komitə üzvlərimizin, dəvət edilən hörmətli millət vəkillərinin və dəvət etdiyimiz qonaqların iştirakı ilə geniş müzakirə ediləcəkdir. Mən ictimai dinləmənin keçirilməsinə görə dəyərli Sahibə xanıma minnətdarlığımı bildirirəm. Bu gün isə ictimai dinləməyə Energetika, Şəhərsalma və Arxitektura, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar Nazirlikləri, eləcə də “Azəriqaz”, “Azərenerji” və digər qurumların rəhbər nümayəndələri və tikinti sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri dəvət olunublar. Belə geniş tərkib bu sahənin əhatəliliyi və əhəmiyyətini bir daha nümayiş etdirir. İctimai dinləmənin əsas məqsədi yalnız ictimai iştirakçılığı təmin etmək deyil, həm də müxtəlif sektorların – dövlət orqanlarının, özəl qurumların və vətəndaş cəmiyyətinin təcrübə və yanaşmalarını bir araya gətirməkdir”.

Komitə sədri daha sonra Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), “Azəristiliktəchizat” ASC, “Azərenerji” ASC-nin qanunda nəzərdə tutulmuş funksiyalarına aydınlıq gətirib, dinləmələrə qatılan təmsilçilərin adlarını açıqlayıb.

Komitə sədri qeyd edib ki, qanun layihəsi istilik təchizatı sektoruna özəl investisiyaların daxil olması üçün hüquqi zəmin və təşviq mexanizmləri yaradır:

-Lisenziyalaşdırma və texniki şərtlər üzrə şəffaf prosedurlar;

-Tariflərin iqtisadi əsaslarla tənzimlənməsi və uzunmüddətli gəlirlilik təminatı;

-PPP layihələri, o cümlədən özəl qazanxana tikintisi, ağıllı sayğac sistemlərinin tətbiqi;

-Ələt Azad İqtisadi Zonası və digər güzəştli ərazilərdə investorların cəlbi;

-Xarici investisiyalar üçün hüquqi sabitlik və arbitraj təminatı.

Onun sözlərinə görə, istilik təchizatı obyektlərinin tikintisi və yenidən qurulması zamanı sahibkarların layihələrə daxil olması, kooperativ əsaslı idarəetmə formalarının təşviqi, həmçinin texnologiya tədarükçüləri ilə əməkdaşlıq sahələri açıq saxlanılır.

Qanunun tətbiqindən gözlənilən nəticələrə gəlincə, Sadiq Qurbanov bunları sıralayıb:

Texniki itkilərin və resurs israfının azalması, xidmətin keyfiyyətinin artması;Sosial obyektlər və yaşayış fondu üçün fasiləsiz istilik təminatı;Ətraf mühitə zərərin azaldılması, enerji effektivliyinin artması;Dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modeli;İnnovasiya və rəqəmsallaşma imkanlarının genişlənməsi (ağıllı sayğaclar, uçot sistemləri);İnvestorlar üçün risklərin azaldılması və hüquqi şəraitin sabitliyi.

Sadiq Qurbanov vurğulayıb ki, “İstilik təchizatı haqqında” Qanun layihəsi enerji sektorunun strateji seqmentlərindən birini əhatə etməklə dövlət tənzimləməsi, xidmət keyfiyyəti və bazar mexanizmlərinin tarazlaşdırılmış modelini təqdim edir. Onun sözlərinə görə, layihə enerji təhlükəsizliyi, sosial rifah və iqtisadi dayanıqlılığın təmininə xidmət edir.

“Əminik ki, səsləndiriləcək təkliflər istilik təchizatı sisteminin dayanıqlı, şəffaf və səmərəli əsaslarla fəaliyyət göstərməsi, eyni zamanda sahibkarların və istehlakçıların maraqlarının tarazlaşdırılması üçün yeni hüquqi mexanizmlərin formalaşmasına mühüm töhfə verəcəkdir”, – deputat qeyd edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri