Icma.az
close
up
RU
Parlamentari: Prezidentin sosial siyasəti davamlıdır və sosial rifahı gücləndirməyə xidmət edir

Parlamentari: Prezidentin sosial siyasəti davamlıdır və sosial rifahı gücləndirməyə xidmət edir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın dinamik inkişafını təmin edən və ölkəni tarixi Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl sosial siyasət vətəndaş rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Dövlətimizin başçısının sosial siyasəti yalnız ölkənin iqtisadi inkişafını deyil, həm də vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini hədəfləyir. Ötən 6 il ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Xüsusilə minimum pensiyanın 2,5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə, müavinət və təqaüd ödənişlərinin isə 5 dəfəyə qədər artırılması Prezidentin sosial rifaha yönəlmiş siyasətinin yüksək səmərəliliyini göstərir. Bununla yanaşı, əmək müqavilələrinin sayının son 6 ildə 600 mindən çox (50 faizədək) artması işçi hüquqlarının qorunması, formal məşğulluğun genişləndirilməsi və əmək bazarında şəffaflığın artırılması baxımından mühüm nailiyyətdir. Bu rəqəmlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin Azərbaycanı rifah cəmiyyətinə çevirmək istiqamətində uğurlarını nümayiş etdirir. Azərbaycanın sosial inkişafını təmin edən Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti çərçivəsində 2018-ci ildən başlayaraq həyata keçirilən sosial islahat paketlərinə 2025-ci ilin əvvəlindən beşinci paketin reallaşdırılması da əlavə olunub. Bu istiqamətdə mühüm addım dövlətimizin başçısının 2024-cü il 23 dekabr tarixli Sərəncamı ilə atılıb. Belə ki, 2025-ci ilin yanvarından başlayaraq minimum əməkhaqqının 345 manatdan 16 faiz artırılaraq 400 manata çatdırılıb. Fevralın 1-dən isə minimum pensiyanın məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata qaldırılacaq.  Göründüyü kimi, cari ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi Azərbaycanın sosial inkişafı və vətəndaşlarının rifahının artırılması məqsədi daşıyır. Bu paket pensiyaların indeksləşdirilərək artırılması da daxil olmaqla, ümumilikdə 3 milyon insanı əhatə edəcək. Həmin şəxslərə yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu islahat paketi ölkənin sosial sahədəki ən mühüm addımlarından biri olmaqla, geniş əhali təbəqəsinin maddi təminatını yaxşılaşdırmağa yönəlib.


Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Sherg.az"a bildirib ki, 7 yanvarda Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə sosial sahədə görülmüş işlər və icra olunan sosial proqramları haqqında  geniş  danışdı:


“Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial siyasət sahəsində bir sıra mühüm islahatlar həyata keçirilib. Bu islahatlar, əhalinin rifahının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi və sosial xidmətlərin əlçatanlığının artırılması məqsədini daşıyır.  Bəli, dövlət başçısının rəhbərliyi altında aparılan siyasi kursunun təməlində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçımız mütəmadi olaraq sərəncamlar imzlamaqla əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair tədbirləri davam etdirir. Belə ki, 2018-ci ildən bu günə qədər dövlət başçımızın sərəncamları ilə 4 sosial paket icra olunmuş, 5-ci sosial  paketə isə  1 yanvardan başlayaraq icrasına başlanmışdır. Son 6 ildə ölkəmizin dövlət büdcəsində sosial yönümlü xərclər 2,2 dəfə artırılaraq 7,8 milyard manatdan 16,9 milyad manata çatdırılmışdır. 2019-ci ildən bu günə qədər minimum əmək haqqı 5 dəfə artırılaraq 110 manatdan 400 manata, minimum pensiya 110 mantdan 320 manata artırılmışdır. Son 5 ildə imzalanmış 4 sosial paketin maliyyə yükü 6,8 milyard manat olmaqla minimum əmək haqqqı 2,7 dəfə, minimum aylıq pensiya 2,5 dəfə, orta aylıq əmək haqında 65,3%, median əmək haqqında 2,1 dəfə, əmək haqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğnidə 2,9 dəfə artım baş vermişdir. 2018-2024-cü illərdə icra olunan 4 sosial paket 4 milyondan çox vətəndaşımızın sosial rifahının yaxşılaşmasına xidmət etmişdir”.


A. Badamov vurğulayıb ki, 2025 -ci ildən icra olunmağa başlanmış 5 -ci siosial paketin əhatə dairəsi 3 milyon insan olmaqla 1,4 milyard manat dövlət büdcəsində əlavə maliyyə yükü yaradır:

“Beləliklə cari ildə minimum əmək haqqqqı 345 manatdan 400 manata, minimum pensiya 280 mantdan 320 manata, vahid tarif cədvəli üzrə əmək haqqlar 16%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əmək haqqları 15% artırılmışdır. O cümlədən bütün pensiyalar indekləşdirlir, təqaüdlər və müavinətlər artırılır. Son 5 ildə ancaq sosial islahat paketləri üzrə ayrılan illik vəsaitin həcmi 7,6 milyard manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 2018-ci ildə 233 manat idisə, 2025-ci ildə 571 manata yuksəlib.  Həm də əmək bazarının genişləndirlməsi, işsizliyin aradan qaldırılması ilə bağlı müxtəlif dövlət proqaramları icra olunur. Belə ki, yüz minlərlə insan ictimai iş yerlərə və özünəməşğulluq proqramlarına cəlb olunmaqla işlə təmin olunub. Son 21 ildə Prezident İlham Əliyevin rıəhbərliyi altında ölkəmizdə keçirlən soial -iqtisadi tədbirləri sayəsində 2 milyondan çox yeni iş yerləri yaradılmaqla işsizlik 49%-dən 5,5 %-ə enib.  Ümumilikdə, Prezident İlham Əliyevin sosial siyasəti davamlıdır və Azərbaycanın sosial rifahını və iqtisadi inkişafını gücləndirməyə xidmət edir. Bu siyasət, cəmiyyətin müxtəlif təbəqələrinin rifahını təmin etməyə yönəlmişdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri