Icma.az
close
up
RU
Partiya sədrindən ŞOK XƏBƏRDARLIQ: “Bu şəxsin vəzifədə qalmasının hər dəqiqəsi dövlət üçün ciddi təhlükədir” KONKRET

Partiya sədrindən ŞOK XƏBƏRDARLIQ: “Bu şəxsin vəzifədə qalmasının hər dəqiqəsi dövlət üçün ciddi təhlükədir” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fuad Nağıyevlə bağlı bir mötəbər tədbirdə dedim ki, bu şəxs Azərbaycan dövlətinə başıaşağılıq gətirəcək. Eyni zamanda qeyd etdim ki, bu adamı vəzifədə saxlamaq olmaz. Onlar bir qrupdur və dövlətin əleyhinə işləyən güclərdir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezidentin şiddətli töhmət verdiyi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev haqda danışarkən səsləndirib.

“Bu şəxsin ətrafı başqa dövlətlərə işləyən şəxslərlə doludur. Onun aparat rəhbəri Kənan Qasımovun atdığı addımları hər kəs gördü. Bu şəxslər Azərbaycanda turizm sektorunuməhv ediblər. Eyni zamanda DTX əməliyyat keçirib və Agentliyin vəzifəli şəxsi həbs olunub. Bütün bunların fonunda Fuad Nağıyevin vəzifədə qalmasının hər dəqiqəsi dövlət üçün təhlükədir. Çünki onlar xarici dövlətlərə işləyən adamlardır və bu gün də öz fəaliyyətlərindən əl çəkmirlər. Düşünürəm ki, Fuad Nağıyev vəzifədən kənarlaşdırılmalı və dərhal həbs olunmalıdır”.

Hafiz Hacıyevin sözlərinə görə, Fuad Nağıyevin əli ilə dövlət strukturlarına yerləşdirilən şəxslər var ki, onların vəzifədə olması müxtəlif problemlərin yaranmasına yol açabilər:

“Bütün hallarda Fuad Nağıyevin vasitəçiliyi ilə kimlərin hansı vəzifələrə qoyulduğu araşdırılmalıdır. Bu cür insanlar dövlətə böhtan atmaqdan çəkinmirlər. Biz bu yaxınlarda Qarabağda səfərdə olduq, görülən işlər adamın ürəyini açır. Ancaq Turizm Agentliyi bu ərazilərin dünyada tanıdılması, turizm potensialının qabardılması istiqamətində heç bir iş görmür. Azərbaycan turizm sahəsində geridə qalmış ölkə kimi tanınır. Halbuki, heç nəyi olmayan Gürcüstan və Ermənistan bu sahədə bizi qabaqlayır. Bütün bunlar birbaşa Turizm Agentliyinin və onun rəhbərinin səriştəsizliyi üzündən yaranan problemlərdir. Ona görə də, hesab edirəm ki, Fuad Nağıyev dərhal həbs olunmalıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri